12 yaşlı qızı nişanlamaq nə deməkdir? - Heç kimin vecinə deyil

12 yaşlı qızı nişanlamaq nə deməkdir? - Heç kimin vecinə deyil
29 dekabr 2023
# 13:13

Kulis.az Rəna Nevzatın yeni yazısını təqdim edir.

“Sabirabadın Məmişli kəndində ailələrin razılığı ilə 12 yaşlı qızla 32 yaşlı kişi nişanlanıb. Aralarında 20 yaş fərqinin olması, bununla yanaşı, qızın hələ yeniyetmə çağına yeni daxil olması kəskin reaksiyalara səbəb olub”.

Yenə ənənəvi günlərdən birinə oyandıq.

Yenə hansısa qızı yetkinlik yaşına çatmadan nişanladılar.

Əvvəllər dəhşətlə qarşıladığımız hadisələr artıq adiləşib.

Bir neçə gün sonra 2024-cü ilə girəcəyik, ancaq hələ də heç nə dəyişməyib.

Hələ də qızlar bu ölkədə “ikinci sort” münasibəti görür.

Hələ də hüquqları qorunmur.

Hələ də axşam küçədə qız görəndə, ona özgə nəzərlərlə baxırlar.

Hələ də… Hələ də… Hələ də…

Selektiv abortların sayına görə də liderik.

Biz ta əzəldən beləyik.

Ancaq il-ildən düzəlmək yerinə geriyə gedirik.

12 yaşlı qızı nişanlamaq nə deməkdir? Düşünəndə adam dəli-vəhşi olur.

Bu necə bir əxlaqsızlıqıdır?!

Bəziləri o yaşda dünyaya övlad da gətirir. Və onlar çox vaxt doğuş zamanı ölürlər.

Ancaq yenə də heç kimin vecinə deyil.

Elə bilirsiniz, bu mövzu günlərlə müzakirə olunacaq?

Çox sadəlövhsünüz.

Əlbəttə, yox! Heç bu məsələ haqqında iki gün danışmayacaqlar, keçəcəklər hansısa düşük söhbətə.

Və belə-belə əriyib, çürüyüb gedirik.

Uşaq yaşda evləndirmə uşaq hüquqlarının pozulması ilə bərabər həm də cinsi istismardır.

Yəni sən 12 yaşında qızla nişanlanaraq, evlənərək onu istismar eləyirsən.

Sən 12 yaşlı qızını nişanlayaraq, ərə verərək (oxu: sataraq) onu istismar eləyirsən.

Adamlar var ki, səhərdən-axşamacan maarifçilikdən danışır, ancaq, məsələn, yaşadığı yerdə baş verən erkən nikah hadisəsinə heç bir reaksiya vermir.

Niyə?

Çünki filankəs müəllim hörmətli adamdı, sabah-birigün üz-üzə gələcəklər, həm də mən deməklə guya nə dəyişəcək?

Bizdə insanların öz sözünə inamı yoxdu.

Bu çox təhlükəlidir, əslində.

İnsanlar əmin olmalıdır ki, onların sözünün çəkisi var və onlar sabah hansısa mövzuya reaksiya versələr, həmin mövzu barədə ciddi araşdırma aparılacaq, problemin həllinə çalışılacaq.

Belə olmayanda cəmiyyət süstləşir, mağmınlaşır.


Əlləri süd qoxan qızcığazlar özgə evlərdə döşəmə silirlər, ayaq yuyurlar.

Məsələdən azca hali olanlar nə demək istədiyimi yaxşı bilirlər.

Qalanlar öz nağıl dünyasında yaşamağa davam eləsinlər.

Bu məsələdə təhsilin böyük önəmi var.

Bizdə isə təhsil yoxdur.

Daha doğrusu, biz cəmiyyətə yararlı şəxsiyyət yox, tələbə yetişdiririk.

Müəllimlərimiz də artıq, sadəcə, repetitordur.

Məktəblər bizdə artıq təhsil ocağı funksiyasını itirib.

Orada daha çox hazırlıq keçirilir.

Bundan sonra məktəblərin bu tip məsələlərin qarşısını alacağına və ya ən azından təsir eləyəcəyinə inanmıram.


Ona görə də bu cür hadisələrin üstündən ötüb keçməməliyik.

Gördüyümüz, eşitdiyimiz an kəskin reaksiya verməliyik. Lazım olsa, o qızın arxasınca düşüb o “ərin” evinəcən getməliyik.

Hər şey bizim iradəmizə və cəsarətimizə bağlıdır.

Biz gələcəyimizi necə görürük?

Beş il sonra da qızlarımızın 12-13 yaşında nişanlandırılmasını istəyirik?

Sən yanmasan, mən yanmasam, biz yanmasaq,

Necə çıxar qaranlıqlar aydınlığa?!

Qaranlıqdan aydınlığa çıxmaq üçün özümüzü yandırıb qızlarımızın gələcəyinə işıq tutmalıyıq.

Başqa yolumuz yoxdur…

# 3373 dəfə oxunub

Oxşar xəbərlər

"Tərk etməyi öyrən, xoşbəxtliyin açarı budur..." - Buddadan hikmətli kəlamlar

"Tərk etməyi öyrən, xoşbəxtliyin açarı budur..." - Buddadan hikmətli kəlamlar

18:38 8 aprel 2026
Humay Qədimovanın solo konserti baş tutdu

Humay Qədimovanın solo konserti baş tutdu

17:41 8 aprel 2026
Daşkənddə Azərbaycan Mədəniyyət Mərkəzinin yeni nəşri təqdim edildi

Daşkənddə Azərbaycan Mədəniyyət Mərkəzinin yeni nəşri təqdim edildi

16:35 8 aprel 2026
Opera və Balet Teatrında solistlərlə bağlı məsələyə aydınlıq gətirildi

Opera və Balet Teatrında solistlərlə bağlı məsələyə aydınlıq gətirildi

16:31 8 aprel 2026
Mədəniyyət Nazirliyi "Kulis"i  15 illik yubileyi münasibətilə təbrik etdi

Mədəniyyət Nazirliyi "Kulis"i 15 illik yubileyi münasibətilə təbrik etdi

16:04 8 aprel 2026
Ankarada azərbaycanlı rəssamların sərgisi açıldı

Ankarada azərbaycanlı rəssamların sərgisi açıldı

14:00 8 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər