İradə İsaq: “Jurnalistikada qeyri-ciddi heç nə etməmişəm”
17 may 2012
07:00
- İradə xanım, öncə özünüz haqda məlumat verin. Bizi agah edin, bilək ki, televiziyaya gəlib çıxmağınız necə olub?
- Bu haqda çox müsahibə vermişəm. Vikipediyada bir facebook dostum mənə yenicə səhifə də yaradıb. Amma yenə də deyim. 32 yaşım olacaq. BDU-nun jurnalistika fakültəsinin bakalavr və magistr pilləsini bitirmişəm. İndi doktorantam, doktorluq müdafiəsi etməyə hazırlaşıram və BDU-da Beynəlxalq Jurnalistika fənnini tədris edirəm. Mən televiziyada hətta uşaqlığımdan çalışmışam, deyə bilərəm. AZTV idi o vaxt. Dövlət radiosunda “Sandıqça”, “Göy qurşağı” verilişlərində, televiziyada “Pöhrələr” verilişində tez-tez iştirak edirdim. Uşaqkən radioya gəlməyim də qəribə olub. Danışım?
- Əlbəttə. Maraqlıdır.
- İsgəndər Həmidov Daxili İşlər Naziri idi. O, bir jurnalisti döymüşdü. İsgəndər Həmidovun asıb-kəsən vaxtı idi və mən 11 yaşlı məktəbli qız böyük cəsarətlə Daxili İşlər Nazirliyinə qəzəb dolu bir məktub yazmışdım. O zaman İsgəndər Həmidov deyəndə hamının dizləri əsirdi, mənsə valideynlərimdən gizli onu tənqid edən bir məktub yazdım. Yazmışdım ki, mən gələcəkdə jurnalist olmaq istəyirəm və böyüyəndə sizin kimi bir nazirlə yəqin ki üz-üzə gələcəm. Mən istəmirəm ki, sizin əlinizi jurnalisti döyən bir nazirin əli kimi sıxım və sizə nifrət edim. O vaxt “suveren” sözü təzə çıxmışdı. Yazmışdım, mən suveren ölkənin jurnalisti olmaq istəyirəm. Məktəbimizin direktoru bir həftədən sonra bizim sinfə gəldi. Dedi, bu sinifdən kim İsgəndər Həmidova məktub yazıb? Məni otağına apardı. Yol boyu heç nə danışmadı. İçəri girəndə gördüm, bir xanım oturub, direktor həmişə sərt danışardı bizimlə, bilmirəm, yəqin xanıma görə mənimlə mehriban danışdı. Xanım dedi ki, AzTV-dən gəlib. Mənim məktubum Daxili İşlər Nazirliyindən onlara göndərilib və məni tapmaq istənib. Qadın dedi ki, mənimlə işləmək istəyirlər. O vaxtdan onlarla əməkdaşlıq etdim, amma televiziya–radio işləri mənim dərslərimə çox mane olurdu. Tez-tez gedə bilmirdim.
Mənim üçün oxumaq çox vacib idi. Təhsil aldığım müddətdə 11 il şəklim şərəf lövhəsində oldu. Mən jurnalistikanı belə sevmişəm. Məktəbi də 15 yaşında bitirib BDU-ya “metrkayla” qəbul olunmuşam.
- Yəni televiziyaya gəlişinizi dolayısı ilə İsgəndər Həmidova borclusunuz?
- Yox, özümü ona borclu hesab etmirəm. Bu, heç televiziyaya gəlmək deyildi. Televiziyaya həqiqi mənada məni Qulu Məhərrəmli müsabiqədən bəyənərək seçib gətirib. Həmişə demişəm ki, mən Qulu müəllimə və Mir Şahinə ömrüm boyu borcluyam; mənə məqsədimə çatmaqda kömək etdikləri üçün.
- Kənardan baxanda çox iddialı qadın təəssüratı bağışlayırsınız. Özünüzü iddialı hesab edirsiniz?
- Sənətimdə iddialıyam, bəli. Çünki bu günkü bəzi teleaparıcılar kimi ekrana göydəndüşmə gəlməmişəm. Ekran üçün səsimdən, görünüşümdən tutmuş biliyimə qədər özümü inkişaf etdirmişəm. Mən əslində çox çirkin və kobud səsli, qara bir qız olmuşam. Bütün dəyişimləri məqsədimə borcluyam. Həm də uşaq vaxtımdan. Amma həyatda məni tanıyanlar insani münasibətlərində çox sadə və gülərüz olduğumu deyir.
- Televiziyada hansı layihənizi ən uğurlu sayırsınız?
- Hamı “Ölümdən 24 saat əvvəl”i bəyənir. Çünki bizim insanlar ya gülməyi, ya da aglamağı sevir. Mən isə “Xəbərin izində İradə İsaqla” layihəmi çox bəyənirəm. Çünki insanlar bəlkə fərqində deyillər, amma bu, onlar üçün daha faydalı proqramdır. Kaş insanlarımız bir az da düşünməyi sevəydilər.
- Dediniz ki, özünüzü inkişaf etdirmisiniz. Bunu necə etmisiniz?
- Sizə də, bütün gənclərə də məsləhətim bu olar. İnsanı yalnız məqsədi dəyişər və məqsədi xoşbəxt edər. Mən karyerist qadınlardanam. Mənim məqsədim olur, ona nail oluram, başqasına keçirəm. Belə bir söz var, güclülər arzularını məqsədlərinə çevirər, zəiflər məqsədləri arzularına. Mən birincilərdənəm. Çünki qələbənin başqa yolu yoxdur.
- Tez-tez bizim aparıcıların mütaliə səviyyəsinin aşağı olduğunun şahidi oluruq. Bilirəm ki, sizin ədəbiyyata marağınız güclüdür. Hansı kitabları oxuyursunuz?
- Mən oxumağın, öyrənməyin, maariflənməyin dəlisiyəm. Ədəbiyyatı da çox sevirəm, müasir ədəbi nümunələrimizi də izləyirəm. Çox vaxt yaxşı nümunələri “Facebook”da paylaşıram ki, o biri dostlarım da oxusun. Amma etiraf edim ki, xarici ədəbiyyatı çox sevirəm. Düşünürəm ki, bizim hələ də nəzmimiz nəsrimizdən güclüdür. Yeri gəlmişkən, anam da ədəbiyyat müəllimidir. Görünür, onun da təsiri çox olub.
- Elə kitablar olubmu ki, oxuyandan sonra bütün həyatınızı dəyişdirib?
- Olub. Uşaq ikən Artur Konan Doylun “Baskervillərin iti” kitabını oxudum, günü bu günə qədər o kitabın təsirindəyəm. Yəqin ki, jurnalist olmasaydım, xəfiyyə olardım. Araşdırmaçı jurnalistikaya da marağım burda yaranıb yəqin. Vaz keçilməz əsərim 11 yaşımda oxuduğum Viktor Hüqonun “Səfillər”, vaz keçilməz müəllifim Mopassandır.
- Müasir yazarlarımızdan bəyəndiyiniz imzaların adlarını çəkərdiniz.
- Günel Mövlud, Qan Turalı, Aqşin Yenisey, Qismət, Seymur Baycan - məni əsəbiləşdirməsə. Hərçənd onun məndən xoşu gəlmir, deyəsən. Amma mən ədalətli adamam. Bəzi fikirləri ilə razılaşmasam da, onun oxucusuyam.
- Bəs bəyəndiyiniz aparıcılar kimlərdir?
- Qənirə Ataşova çox çalışqandır, onu çox bəyənirəm. Mən aparıcı sözünü sevmirəm; bu, ciddi jurnalistika deyil. Bu gün isə televiziyalarda ciddi jurnalistika ilə məşğul olan bir sima ya yoxdur, ya da yadıma düşmür. Mən öz sənətimə çox qısqanclıqla yanaşıram. Həddən çox, hətta naşı aparıcılara artıq dözə bilmirəm.
- Siz özünüzü ciddi jurnalist hesab edirsiniz?
- Mən jurnalistikada qeyri-ciddi heç nə etməmişəm.
- Siz bir dəfə yazmışdınız ki, dostluğunda erməni olan adamlar məni Facebookdan silsin. Sizcə, peşəkar jurnalist özündə faşizm elementləri daşıyan mövqe sərgiləyə bilərmi?
- Mən bu sözü jurnalist olaraq deməmişəm, vətəndaş mövqeyimi bildirmişəm. Əgər hansısa vəzifədənsə, fikir bildirməməlisən nəyəsə? Hətta prezidentlər də bəzən öz vətəndaş mövqeyini bildirir. Unutmağın fəsadlarını anlayan biri kimi mən ermənilərin dostluğuna və bu dostluğa inananların səmimiyyətinə şübhə edirəm.
- Deməli, bu sizin vətəndaş mövqeyinizdir?
- Mən buna faşizm deməzdim, millətçilik deyərdim. Öz silahı ilə düşməni vurmaq deyərdim. Xaricdən gələn bir neçə milyona satılmaqdan utanc verən bir şey yoxdur. Bəli, mən millətçiyəm. Biz millətçi olaraq heç nə itirməyəcəyik. Amma sadəlövh davranaraq çox şeyi itirə bilərik. Hər halda torpaqlarımızın yoxluğu buna sübutdur.
- Bəziləri ANS-çilər haqda “psevdovətənpərvərlər” ifadəsini işlədir. Buna münasibətinizi bilmək istərdim.
- Mən ANS-ə gəlməzdən də belə idim. Və insanların öz yerlərinə görə xarakter dəyişməyi fikrinə, sadəcə, gülmək olar. Mənim başqa televiziyalarda işləyərkən də millətçi verilişlərim, yazılarım olub. Mən millətçi doğulmuşam. Nədənsə hamı elə bilir ki, mən ANS-də çoxdan işləyirəm. Xeyr, orada 2009-cu ildən işləyirəm. Hətta ANS-çilərin özləri də deyir ki, biz elə bilirik, sən burada çoxdan işləyirsən. Ola bilər, ANS ilə hansısa məsələlərdə fikirlərimiz üst-üstə düşür və bu, məni bir işçi kimi təbii ki, sevindirir.
- Bəs üst-üstə düşməyən hansı fikirləriniz olur?
- İnanın, bax bu günə qədər mən elə bir mövzu olmayıb ki, iclasa girim və o mövzunu qəbul etməsinlər, məni incitsinlər. İndiyə qədər bunu hamı bilir, mənim müdiriyyətimlə heç vaxt problemim olmayıb. Ora işçilərimlə birgə gülə-gülə girib elə də çıxmışam. Göz dəyməsin (gülür). Elə bir təklifim olmayıb ki, ona “yox” deyilsin. Mənim rəhbərlərim bu gün telejurnalistikada ən güclü jurnalistlərdəndir. Hamı daha çox Mirşahin Ağayevi tanıyır. Amma bilirsinizmi Seyfulla Mustafayev mənə nə qədər maraqlı informasiyalar verir? O, gəzən ensiklopediyadır. Onlar mənim qoyduğum mövzuları hətta necə doğru və daha cəsarətli işləmək lazımdır, onu da başa salırlar. Hər halda bu gün əksər jurnalistlər ANS-in şinelindən çıxıb. Vicdanları ilə mənim sözümü təsdiq edə bilərlər.
- Özünüzdən çox razınız, İradə xanım. Yoxsa mənə elə gəlir?
- Özümdən razı deyəndə ki, mən nə etmişəm, onu danışıram. Əgər burda müsbət çoxdursa, bu, niyə özündən razılıq sayılmalıdır? Olmayan nəsə demədim ki! Bunu hər halda məni tanıyanlar da oxuyacaq və yalan danışmaq mənə yaraşmaz. İşimdə iddialıyam, amma özümdən razı deyiləm, çünki hələ ağlımı itirməmişəm.
- Heç jurnalist kimi bəyənmədiyiniz xüsusiyyətiniz yoxdur?
- İşçilərimə qarşı çox tələbkaram. Bəzən deyirlər, insanların sözünü tez-tez kəsirəm. Verilişə dəvət olunan müsahib elə bilir ki, o, bura bir saat danışmağa gəlib. Qonaqlar rahat-rahat danışırlar, mənə isə qısa və dolğun cavablar lazımdır. Qüsurumu siz deməlisiniz, hər halda insanam, qüsurlarımı görmək çətindir.
- "Azərbaycan kanallarına baxmıram", - deyən adamlar çoxdur. Sizcə, problem kimdədir? Azərbaycan kanallarında, yoxsa baxmayanlarda?
- Əslində, bu insanların səmimiyyətinə inanmıram. Əgər məni tanıyırlarsa, deməli yerli kanallara baxırlar. Hələ mənim verilişim əyləncəli deyil, əyləncəli olmayan verilişlərə nisbətən az baxılır. Deməli, səmimi deyillər, sadə göstərici olsa da... Amma Azərbaycan kanallarında mütləq peşəkarlıq artırılmalıdır, bu doğrudur və tam razıyam.
- Tanınmaq necə hissdir?
- Bəzən çox xoş, bəzən isə sərfəli deyil. Niyəsini deməyə ehtiyac var?
- Niyə sərfəli deyil?
- Məsələn, dünən mağazada satıcı qıza 20 manat verdim ki, mənə kontur versin. “Ay İradə xanım, mən sizin verilişinizi çox bəyənirəm”, - dedi. Sonra qızın mobilinə zəng gəldi, telefonla danışa-danışa mənə 20 manatlıq kontur verdi, halbuki heç o məbləğdə almayacaqdım. Daha heç nə deyə bilmədim. Hər şeyi bizə baha satırlar. Bəzən mən də gedib ucuzvari nəsə almaq istəyirəm, bazara getmək istəyirəm, amma insanlar elə baxır ki... Və ya makiyajsız, adi paltarda gəzə bilmirəm. Halbuki mən makiyaj çəkməyi çox da sevmirəm.
- Əgər səlahiyyətiniz olsaydı, televiziyalarda hansı verilişləri qadağan edərdiniz?
- Evlənmə proqramlarını. Əslində, pis məqsədli verilişlər deyil, amma onu ictimailəşdirə bilmədilər. Reklam xarakterli şou verilişlərinin də “dozunu” qaçırdılar. Bizdə xaricdən götürülən proqramları çox bəsitləşdirirlər.
- Deməli, Elgizin verilişini siz də bəyənmirsiniz.
- Təbii ki, yox. Amma bu, Elgizin şəxsiyyətinə aid deyil. O, insan kimi çox yaxşı insandır. Bizim çox yaxşı münasibətlərimiz var. Amma telekanallar üçün bəlkə belə verilişlər reytinq üçün lazımdır. Siz də edirsiniz bunu. Cinsəl məzmunlu hekayələri, yazıları, məlumatları verirsiniz. Belə edirsiniz ki, bunun fonunda ciddi yazılarınız da oxunsun. Televiziyaları, əslində, qınamaq lazım deyil. Və siz fikir verin, ciddi yazılarınızdan daha çox insanlar yüngül məlumatları oxuyurlar, deyilmi?
- Eşitdiyimizə görə Mirşahin Ağayev şəxsən işçilərinin mütaliə edib-etməməsi ilə maraqlanır. Doğru xəbərdir?
- Qiraətli adam qiraətsiz adamla işləyə bilməz, əsəbiləşər. Mirşahin Ağayevlə bağlı dediyinizin canlı şahidi olmamışam, dəqiq deyə bilmirəm. Məntiqlə yəqin ki, belə olar. Şəxsən mən özüm belə insanlarla işləyə bilmirəm.
- İstirahətinizi necə keçirirsiniz?
- Kitab oxumaqla. Buna vaxt tapanda elə bilirəm dincəlirəm. Bir də oğlumu gəzməyə aparıram. Ən böyük arzum insan kimi bir ay istirahət etməyə vaxt tapmaqdır. “Refresh”ə ehtiyacım var.
- Hansı musiqiləri, kimləri dinləyirsiniz?
- Sezen Aksunu, Kayahanı dinləmədiyim tək gün olmaz.
- Bəs yerli?
- Nərminə Məmmədovanı, Oqtay Ağayevi, Röyanı, Teymur Əmrahı. Brilliant Dadşovanın da xüsusi yeri var mənim üçün. Bir də Flora Kərimova. Onun qədrini bilmədik biz. Çox heyif. Dünya ulduzu ola biləcək istedadı var bu xanımın.
- Seriallardan hansılara baxırsınız?
- Oy, seriala hövsələm çatmaz. Bir tək oğlumun məcburiyyəti ilə “Qurdlar vadisi”nə. Oğlum da bizim evin Poladıdır.
- Bəziləri seriala baxırlar, amma bunu gizlədirlər.
- Mənim vaxtımda olmur axı. Mən evə gələndə bütün seriallar qurtarır.
- Oğlunuzun jurnalist olmağını istəyərdiniz?
- Onun buna heç həvəsi yoxdur, bilmirəm. Əgər həvəsi olsa, “ana, mən baleron olmaq istəyirəm” desə, qəti etiraz etmərəm. Ali təhsil almaq istəməsə, nə məcbur edərəm, nə de heç kimə ağız açmaram. Əgər yaxşı çilingər olacaqsa, qoy getsin əlindən gələn işlə məşğul olsun. Kiminsə yerini tutmasın həyatda. Mən başqalarının yerlərini tutanlardan çox çəkdim, goruma söydürmək istəmirəm.
Elmin HƏSƏNLİ

2814 dəfə oxunub
Oxşar xəbərlər
“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi
12:00
15 dekabr 2024
İranda hicabsız konsert verən müğənni saxlanıldı
14:10
14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb
13:23
14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar
12:00
14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib
11:24
14 dekabr 2024
Məşhur aktyor vəfat etdi
18:40
13 dekabr 2024