Kişiləri bezdirən Molped

Kişiləri bezdirən Molped
26 sentyabr 2011
# 14:48
İstədim ki, hazırladığım materialda müvafiq qanunvericiliyə müraciət edim və faktları onlara əsaslanaraq sadalayım. İnanın ki, “Reklam haqqında” Qanun, onun maddələri, bölümləri, televiziya və radioya aid hissələri o qədər ətraflı və çox maddəlidir ki, içində itib-batmaq olar. Nə fayda, hərdən adama elə gəlir ki, televiziyada reklam işlərinə baxanlar o qanunu, nə də o maddələri eyninə belə almır, ya da ki, sadəcə sona qədər oxumağa hövsələləri çatmır.

Bilirəm, indi durub o qanunun müddəalarını sadalasam heç kim oxumayacaq. Qanunlar insanlara xoş gəlməyən, rəsmi, quru dildə yazılır. Bununla belə o işlə məşğul olan kəs oxumağa və əməl etməyə sadəcə borcludur.

Müstəqilliyin yeniyetməlik dövrünə qədəm qoyan ölkəmizdə hər sahədə olduğu kimi televiziyada da mizan-tərəzi natarazdır. Xüsusən televiziya verilişlərinin arasında gedən reklamlarda.

Reklam nədir və necə yaranıb...

Reklam latın sözüdür.
İnsanların hər hansı bir məhsulu almağına, xidmətdən istifadə etməyinə və ya hər hansı bir siyasi namizədi və ya onun ideyasını dəstəkləməsinə təsir etməkdə istifadə olunan məlumatlandırma vasitəsidir.

Reklamın yaranması tarixi çox qədimdir. Qədim Misirdə papiruslardan satışla bağlı məlumatlar və divar afişaları hazırlamaq üçün istifadə edirdilər. Kommersiya və siyasi təşviqat xarakterli məlumatlara qədim Pompey şəhərinin dağıntıları arasında rast gəlinib. Tarixi mənbələrə əsasən bilbordlar ən qədim reklam formalarından olub. Orta əsrlərdə şəhərlərin böyüməyə başlaması ilə əhalinin böyük bir hissəsi oxuma bilmədiyindən insanlar öz ticarətləriylə əlaqəli bu gün çəkməçi, dəyirmançı, dərzi və dəmirçini təmsil edə biləcək ayaqqabı, kostyum, papaq, saat ,brilyant, nal, şam və hətta un torbası kimi simvollardan istifadə edirdilər. Meyvə və tərəvəz adətən şəhər meydanlarında arabaların arxasında və ya furqonlarda satılırdı və satıcılar alıcıların rahatlığı üçün onların harda olduqlarını elan edən küçə carçılarından istifadə edirdilər.

40-ci illərin sonu – 50-ci illərin əvvəllərində bu təcrübə televiziyalarda da tətbiq olunmağa başladı. Radioları kommersiyalaşdırmağa çalışanlarla onların yalnız qeyri-kommersiya və ictimaiyyətin maraqları üçün fəaliyyət göstərməsi fikrini müdafiə edənlər arasında sərt mübarizə gedirdi. ABŞ-da Kommunikasiya Aktının 1934-cü ildə qəbul olunması ilə kapitalist modeli üstünlük əldə etdi. Sosialistləri sakitləşdirmək məqsədilə ABŞ Konqresi kommersiya məqsədilə fəaliyyət göstərən yayımçılara qarşı “cəmiyyətin maraq, rahatlıq və ehtiyaclarına uyğun davranma” tələbini irəli sürdü. O tələb hələ də qüvvədədir.

Bizdə də hökm sürən həmin üstünlük təşkil edən kapitalist modelidir. Nə yazıq tamaşaçının halına ki, “cəmiyyətin maraq, rahatlıq və ehtiyaclarına uyğun davranma” tələbi bizdə irəli sürülməyib.


“Molped” hüququmuzu necə pozur?

Bəzi maddələr var ki, onlara da sadəcə əməl olunmur və reklamçılar və telekanalların rəhbərləri üçün deyəsən ən rahatı budur.

Qanunlara və müddəalara sonda gələcəyik, hələlik evimizin içinə televiziya vasitəsilə daxil olan reklamlardan bəzi sitatlar.
Teleserialların indi daha populyar olduğunu və bu səbəbdən orda reklamların da bol olduğunu nəzərə alıb onlardan başlayaq. Serial ən ona baxan tamaşaçı üçün maraqlı yerində kəsilir və uzun, zəhlətökən bir reklam başlayır. Məsələn, mən sizə necə izah edim ki, “Molped” quru bezdir? Bunu həmin reklam bloku ərzində təkrar bir-neçə dəfə ayrı-ayrı şəxslər deyir, aparıcı, aktrisa, yaxud müğənni. Bunlar deyək ki, qanunauyğundur. Hərçənd bunun özündə də qanunauyğunsuzluq var. Çünki...

Radio və Televiziyada Reklam Haqqında Qanunun maddə 35.4-də deyildiyi kimi:
Ayrıca verilişlərdə bir reklam blokunun sonu ilə o biri reklam blokunun əvvəli arasındakı zaman kəsiyi 15 dəqiqədən az olmamalıdır.

35.5. Bədii və televiziya filmləri 45 dəqiqədən çox davam edərsə, yalnız 45 dəqiqədən sonra reklamla kəsilə bilər. Filmlər bir və ya bir neçə 45 dəqiqədən azı 20 dəqiqə çox çəkərsə daha bir reklam fasiləsinə icazə verilir.

35.7. Reklamın və teleticarətin ümumi həcmi bir saatda 12 dəqiqədən çox ola bilməz.

35.8. Yayım zamanı teleticarət üçün ayrılmış blokun fasiləsiz həcmi bir saatda 10 dəqiqədən, gün ərzində belə blokların sayı isə 6-dan çox ola bilməz.

Ayrıca “Reklam haqqında” Qanunda isə belə bir bənd var:


Hollivud filmlərində reklam

Qanunlarla çox zəhlənizi tökməmək üçün “Xəzər” televiziyasında yenicə yayımlanmağa başlayan “Qaynana” serialında “Vaniş” yuyucu tozunun reklamına diqqət çəkirəm. Doğrudur, serial gedişatında bu reklam elə zəhlətökənliyi ilə yadda qalıb. Yəqin bu da bir reklam üsuludur.

Serial yarıda dayandırılır və ekranın sağında “Tanıtıcı reklam” yazılır. Bu qanunla müəyyən olumuş qaydadır, amma o reklama maraqlı olanlar bir anlıq öz maraqlarını unudub adi tamaşaçı kimi baxa bilsələr reklamlarından sözsüz iyrənərlər. “Vaniş” yuyucu tozu kobud surətdə istehlakçının gözünə soxulur. Seriyalın qəhrəmanı köynəyimnin ləkəsinə görə öz xanımını qınayır. O da cavab tapmaqda acizdir, bu yerdə qaynanan işə qarışıb deyir ki, ay gəlin, sənə demişəm “Vaniş”dən istifadə elə. Bu yerdə qaynanan yuyucu tozun adını da dəqiqliklə deyir “Vaniş oksi” nə bilim nə... Tamaşaçı özündə asılı olmayaraq, ekran qarşısından çəkilir, üstəlik dodaqaltı bəzi ifadələr işlətməklə. Əgər o reklam elə gedişatda qəhrəmanın öz işi ilə məşğuıkən “Vaniş”dən istifadə etməsi yolu ilə incəliklə, nəzakətlə tamaşaçıya təbliğ olunsa daha yaxşı nəticə verməzmi? Serialın da kəsilməsi tamaşaçını qıcıqlandırıb qisasını reklamdan alması ilə müşahidə olunmaz. Bu yerdə Hollivud filmlərində “Mersedes”in, yaxud “Marlboro” siqaretinin reklamı yadıma düşdü. İncə, diktəsiz, gözə soxmadan. Sadəcə filmin qəhrəmanı adı çəkilən maşından düşür, siqaret qutusunu cibindən çəxardıb bir siqaret yandırır. Bu da reklamdır, zor-gücünə sırımaq istədiyiniz reklamlar da. Hansı daha effektlidir?


Diş fırçasının reklamı adamı yediyin qaytarmağa məcbur edir


Axşam ailə süfrə arxasındadır, şirin-şirin yemək yeyirlər. Birdən baxdıqları veriliş kəsilir və kiminsə dişinin dibinin qanaması göstərilir. Nə var, nə var hansısa diş fırçası reklam olunur. İnanın ki, o diş fırçası heç kimi maraqlandırmır, hamının sadəcə süfrə arxasında ödü ağzına gəlir, heç süfrə arxasında olmasa belə.

Bu maddə bizim telekanallarda kobud surətdə pozulur.

2. Radio və televerilişlərin reklam məqsədi ilə kəsilməsi aşağıdakı şərtlər daxilində mümkündür:

15 dəqiqədən 60 dəqiqəyədək müddətə yayılan verilişlərdə iki dəfədən çox olmamaqla;

1. Radio və televiziyada aşağıdakı verilişləri reklam məqsədi ilə kəsmək olmaz:
uşaq verilişləri və dini verilişləri;
dövlət əhəmiyyətli, ölkə miqyaslı ictimai-siyasi tədbirlərin canlı yayımları;
15 dəqiqədən az müddətdə yayılan verilişləri;
radio quruluşlarını və bədii filmləri, onların hüquqi sahiblərinin razılığı olmadan.
tədris verilişlərini 15 dəqiqə ərzində bir dəfədən (45 saniyəyə qədər) çox olmamaqla.

3. Reklamın kadr üzərində yerləşdirilməsi və “qaçan sətirlər” vasitəsi ilə yayımında, onun sahəsi kadrın ümumi sahəsinin 7 faizindən çox olmamalıdır

Uşaq verilişində reklam olmaz, bizdə verilişin özü bütünlüklə reklamdır

Uşaq verilişləri kəsilmir, burda qanuna riayət olunur, amma uşaq verilişini büsbütün reklam xarakterli edirlər. Məsələn, “Speys”də yayımlanan “Mən böyümüşəm” uşaq verilişi. Əvvəldən də veriliş boyu həkimlərin uşaqlara yeməyi məsləhət görmədiyi “Çipsi”, “Toppuş” reklam olunurdu. İndi yeni versiyada uşaq kitabı yazan müəlliflər, özü də Azərbaycan dilində danışa bilməyən müəllif, ifaçılar nümayiş olunur. Burda tamaşaçı-uşağın deyil, telekanalın mənafeyi öndə durur.

35.6.
Xəbər proqramları, dini və uşaqlar üçün verilişlər, həmçinin 30 dəqiqədən az çəkən seriallar, əyləncəli proqramlar, aktual siyasi verilişlər, sənədli filmlər reklamla kəsilə bilməz. Əgər bu proqram və verilişlər 30 dəqiqədən çox çəkərsə, bu Qanunun 35.4-cü, bir və ya bir neçə 45 dəqiqədən ən azı 20 dəqiqə çox çəkərsə, bu Qanunun 35.5-ci maddələrinin tələbləri onlara da şamil edilir.

Gün ərzində neçə növ dərman preparatının reklamı ilə rastlaşırıq. Saysız. Əslində

35.12.
Həkim resepti əsasında buraxılan dərman vasitələrinin reklamı qadağandır.

Daha qanun müddəalarını ortaya qoymayacam, çünki onlar da oxucunu elə yersiz reklamlar kimi bezdirə bilər, amma o şeyi ki, uşağa izah etmək olmur, onu reklam etmək də sadəcə olmaz, çünki uşaq onun nə olduğunu soruşacaq.

Türkiyə telekanallarında maraqlı yeniliklər var. Məsələn, uşaqların yatmaq vaxtında hər hansı bir filmin, verilişin aşağısından yazılır ki, “Cocuqlar, bu günlük televizyon yetər, iyi uyqular”. Reklam başlamazdan əvvəl xəbərdarlıq edilir və neçə dəqiqə çəkəcəyi göstərilir.

Yaxşı nümunələrdən faydalanmaq olar. Bir də çox yaxşı olardı ki, hər işi peşəkarı etsin. Hamısından önəmlisi isə sadəcə sevgidir, xalqına sevgi.

“Xəzər” və ATV kanallarının reklam şöbələrindən adlarının çəkilməsini istəməyən, televiziyanın rəhbərliyindən çəkinən reklamçılar yalnız öz işləri ilə tələb olunan səviyyədə məşğul olduqlarını dedilər. Hər ikisinin dedikləri bu nəticəni verdi.

Media hüquq mütəxəssisi Rəşid Hacılı təsdiqləyir ki, telekanallar hər addımda tamaşaçının-istehlakçının hüquqlarını pozurlar: “Dəfələrlə şahidi olmuşuq ki, qanunda göstərildiyinin əksinə olaraq lazım olmayan saatlarda içki reklamı olur. İnsanlara, xüsusən uşaqlara şüuraltı təsir göstərə bilən məqamlara rast gəlinir. Bu barədə Milli Teleradio Yayım Şurasının rəhbərliyinin də çıxışlarında eşitmişik, xəbərdarlıq edib. O ki qaldı sizin qeyd etdiyiniz bəzi məqamlara, onlar qanunla tənzimlənmir, məsələn, diş fırçasını necə reklam etmək artıq bir etik məsələdir. Reklamçının peşəkarlığı da önəm daşıyır.”

Ramilə QURBANLI
# 2347 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
#
#
# # #