Sevgilisi ilə öpüşən hicablı qadına baxmağa hazırsınız?

Sevgilisi ilə öpüşən hicablı qadına baxmağa hazırsınız?
7 iyul 2012
# 16:38
Teleseriallarda niyə hicablı qadınlar yoxdur?

İllər uzunu hicab bizlərə necə təqdim edilib?

İmanın, dürüstlüyün, əxlaqın göstəricisi kimi.

Amma hamının bildiyi bir həqiqət var: hicab geyinən insanın xarakteri heç də dəyişilmir.

Həqiqət belədir, ancaq fotonun arxasındakı mənzərə başqadır.

Sadəcə kişilər deyil, qadınlar da özlərinin və ya başqalarının yaratdıqları bu şablonun, “müqəddəslik ikonası”nın əsiri olublar.

Cəsarətiniz çatırsa, gəlin balaca bir “müqəddəslik testi” keçirək.

Amma xəbərdarlıq edirəm. Cəsarətiniz yoxdursa, qoyun tabu olaraq qalsın.

Seriallarda təcavüzə məruz qalmış hicablı qadın görməyə hazırsınız?

Seriallarda ərinə xəyanət edən hicablı qadın görməyə hazırsınız?

Sevdiyi kişi ilə öpüşən hicablı qadına baxmağa hazırsınız?

Seriallarda cinayət törədən, oğurluq edən, dostuna quyu qazan, gəlinini arxadan bıçaqlayan hicablı qadın seyr etməyə hazırsınız?

Diqqət. Sualları köhnə fikirli kişilərə vermirəm.

Qadınlardan soruşuram.

Mən hazıram buna.

Ancaq həyatdan “Madonna ikonası” düzəldib, onu heç dəyişdirməyi düşünməyən insanlar buna hazırdırmı?

Tamaşaçılar buna hazır olsa da, belə serialları çəkəcək rejissorlar, prodüsserlər varmı?

Ərinə xəyanət edən hicablı qadını çəkən bir rejissor sonradan başına hansı oyunların gələcəyini, hansı çarmıxlara çəkiləcəyini ağlına belə gətirə bilıməz.

Əgər seriallarda bir başı açıq qadın xəyanət edəcək, amma hicablı qadın namus, təmizlik nümunəsi olacaqsa... Bu cür obraz bölgüsünü nə televiziyanın reklam qanunları, nə serialı çəkən şirkətin, nə də tamaşaçının vicdanı götürər.

Siz yenə də çevrənizə baxın. Yaxşı-yaxşı baxın!

Gördüyünüz bütün hicablı qadınların hamısı namus təcəssümü, əxlaqlı, tərtəmiz insanlardırsa, buna səmimi-qəlbdən inanırsınızsa, onda gəlin, məni də inandırın.

Mən səmimi olan hər fikrə açığam..

Amma məni axmaq yerinə qoyub “hər namaz qılan, hər başını örtən qadın dürüstdür”,- kimi şablon cümlələrlə üstümə gəlməyin.


Ərtoğrul ÖZKÖK , “Hürriyət” qəzeti

Hazırladı: Elmin HƏSƏNLİ
# 7033 dəfə oxunub

Oxşar xəbərlər

“Sandıq”  Milli Geyimlər Studiyasının açılış mərasimi keçirildi

“Sandıq” Milli Geyimlər Studiyasının açılış mərasimi keçirildi

17:37 26 noyabr 2024
“YARAT” “Özüm ilə təklikdə”  plastik tamaşasını təqdim edir

“YARAT” “Özüm ilə təklikdə” plastik tamaşasını təqdim edir

16:48 26 noyabr 2024
Noyabrda... Cəbrayıla yaz gəlib! - 31 il uzanan səfər

Noyabrda... Cəbrayıla yaz gəlib! - 31 il uzanan səfər

15:16 26 noyabr 2024
74 yaşlı Xalq artisti sağalmaz xəstəlikdən əziyyət çəkir

74 yaşlı Xalq artisti sağalmaz xəstəlikdən əziyyət çəkir

15:04 26 noyabr 2024
Filippinli qonaq Ədəbiyyat Muzeyində

Filippinli qonaq Ədəbiyyat Muzeyində

13:47 26 noyabr 2024
Azərbaycan mədəniyyəti və mətbəxi Fransadakı festivalda

Azərbaycan mədəniyyəti və mətbəxi Fransadakı festivalda

12:54 26 noyabr 2024
#
#
# # #