“Space”in “Olduğu kimi”si haqqında

“Space”in “Olduğu kimi”si haqqında
22 avqust 2011
# 11:08
Amma nədənsə “Space”in rəsmi saytında veriliş intellektual-əyləncəli proqram kimi təqdim olunub.

Təsəvvür eləyin: Rəqsanə və intellekt, Nadir Qafarzadə və intellekt və s.

Başa düşürəm, belə söz birləşməsinə alışmaq çətindir.

Necə deyərlər, bu artıq azərbaycansayağı qroteskdir. Lap kanalın rəhbəri Vaqif Mustafayevin filmlərində olduğu kimi.

Verilişin adı da, aparıcı Mikayıl Güləddinoğlunun efirdən ilk baxışda ciddi təəssürat yaradan görkəmi də proqramda hansısa vacib problemlərin müzakirə olunacağından xəbər verirdi.

Bəlli oldu ki, qəhrəmanlar (müğənnilər) dəyişməzdir. Təbii, başqa cür ola da bilməzdi.

İntəhası, N. Güləddinoğlunun bu qədər iddia ilə danışmasını anlamaq qəlizdir.

Tamaşaçıyla elə ciddi, iddialı tonda danışır ki , heç CNN Türk-ün nüfuzlu aparıcısı Cüneyt Özdəmir PKK məsələsini müzakirə edəndə belə vacib görkəm almır.

Təbii ki, verilişin mövzuları da son dərəcə lokal və gülməlidir: müğənnilərlə restoran administratorları arasındakı problem, ailə məsələləri, “toy tutmaq”, müğənnillərin səhnəyə hansı yolla gəlməsi və s.

Daha gülməlisi odur ki, aparıcı da, dəvət olunanlar da yalnız məhdud dairənin maraqlarını ifadə edən trivial məsələləri qayğılı halda ciddi-cəhdlə bütün ölkənin ölüm-dirim probleminə çevirməyə çalışırlar.

Aydındır ki, tipik azərbaycanlının toya həssas, duyğusal münasibəti var.
Toy onun üçün hər şeyin fövqündə dayanır: sosial problemlərinin, yoxsulluğunun.

Amma bu o demək deyil ki, hansısa müğənninin məişət problemi, Prado yox, Jiquli sürməsi onu qayğılandırır.

Keçən verilişlərdən birində Ruhəngiz Allahverdiyeva yanğıyla müğənnilərin xalq üçün yaşadığını deyir.

İstəyirəm, xalq üçün yaşamağın nə olduğunu müğənnilərə anladım.

Məsələn, xalq üçün yaşamaq o deməkdir ki, Mahatama Qandi kimi ömrünü ona fəda edirsən.

Lənət şeytana! Siz axı, heç Qandinin kim olduğunu bilmirsiz.

Hindistan siyasətçidir, ölkəsinin müstəqilliyi uğrunda mübarizə aparıb. O, millətlər arasında nifaqı dayandırmaq üçün aclıq etmişdi və demişdi: “Hindistanın məhvinin əlacsız şahidinə çevrilməkdənsə, ölmək daha yaxşıdır”.

Bunun adına xalq üçün yaşamaq deyirlər.

Bir az da sadələşdirsək, xalq üçün yaşamaq o deməkdir ki, toylarda havayı oxuyursan, konsertlərin pulsuz olur, ictimai nəqliyyatdan istlfadə edirsən, qara camaatı görəndə özünü təkəbbürlü aparmırsan, onların dərdi-səri ilə maraqlanırsan və s.

“Olduğu kimi” də müğənnnilərin “toy tutmaq” mübarizəsinə meydan verməklə tamaşaçıya toy tutan M. Güləddinoğluya isə demək istəyirəm ki, efirdə istədiyini et, amma Tanri xatirinə bizə şərəf və ləyaqətdən dərs keçmə. Onun nə olduğunu sizsiz də bilirik.

...Yeri gəlmişkən, hamı gözləyirdi ki, rejissor Vaqf Mustafayev kanalın başına gələndən sonra onu abıra salacaq.

Hadisələrin gedişatı göstərdi ki, əski rəhbər Etibar Babayev necə deyərlər, toya getməliymiş.

V. Mustafayev ciddi rejissor olsa da, kanalı qeyri-ciddiliyin, balaqanın pik həddinə çatdırdı.

Mənə elə gəlir ki, “Space” kanalındakı fəaliyyəti V.Mustafayevin filmlərinin davamıdır. Amma... çox istedadsız şəkildə.


Sevda SULTANOVA
# 4161 dəfə oxunub

Oxşar xəbərlər

Almodovar İspaniya hökumətini İsraillə bütün diplomatik və ticarət əlaqələrini kəsməyə çağırıb

Almodovar İspaniya hökumətini İsraillə bütün diplomatik və ticarət əlaqələrini kəsməyə çağırıb

14:00 28 avqust 2025
"Vüsal yollarına qar ələnibdir..." - Əlibala Hacızadənin hansı əsəri əsasında Azərbaycanın ilk teleserialı çəkilmişdi?

"Vüsal yollarına qar ələnibdir..." - Əlibala Hacızadənin hansı əsəri əsasında Azərbaycanın ilk teleserialı çəkilmişdi?

13:30 28 avqust 2025
"Neyçün səni bəs unuda bilmirəm?.." - Günün mahnısı

"Neyçün səni bəs unuda bilmirəm?.." - Günün mahnısı

13:20 28 avqust 2025
82-ci Venesiya Film Festivalına  “La Grazia” filmi ilə start verildi

82-ci Venesiya Film Festivalına “La Grazia” filmi ilə start verildi

13:00 28 avqust 2025
8000 illik nadir gil fiqur  aşkarlandı

8000 illik nadir gil fiqur aşkarlandı

12:38 28 avqust 2025
"Qarabağ" bizə sübut etdi ki... - Döyüş meydanından yaşıl meydanlara gedən yol

"Qarabağ" bizə sübut etdi ki... - Döyüş meydanından yaşıl meydanlara gedən yol

12:03 28 avqust 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər