"Nizaminin evi" bərpa olunur

"Nizaminin evi" bərpa olunur
15 may 2021
# 12:31

Gəncənin qədim Bala Bağman adlanan ərazisində yerləşən, 1982-ci ildə “Nizami” bədii filminin çəkilişləri üçün inşa edilmiş, əhali arasında “Nizaminin evi” kimi tanınan tikili yenidən bərpa olunacaq.

Bunu açıqlamasında Gəncə Şəhər İcra Hakimiyyəti yanında İctimai şuranın üzvü, “Cavad xan” Tarix Mədəniyyət Fondunun 1-ci vitse-prezidenti Müzadil Həsənov deyib. O bildirib ki, yaxın günlərdə başlayacaq təmir-bərpa işləri ilə bağlı artıq Mədəniyyət Nazirliyi və Mədəni İrsin Qorunması və Bərpası Agentliyi ilə birgə sıx əməkdaşlıq çərçivəsində layihənin ilkin variantı hazırlanır.

“İki aydan artıqdır ki, layihənin hazırlanması işlərinə start vermişik. Böyük ehtimalla, yaxın 1 ay ərzində təmir-bərpa işlərinə başlayacağıq. Nəzərdə tutulub ki, ilin sonlarına qədər təmir-bərpa işlərini yekunlaşdıraq”, - deyə Müzadil Həsənov qeyd edib.

“Nizami” bədii filminin bir çox kadrları bu evdə lentə alınıb. Tikili 1984-cü ildə Nizami Gəncəvinin ev-muzeyi statusu alsa da, sonradan baxımsızlıqdan yararsız hala düşüb. Təmir-bərpa işləri zamanı tikilinin tarixiliyini qorumaq üçün Gəncənin qədim tikinti üslubundan da istifadə ediləcək.

“Nizaminin evinin tarixiliyini və klassik memarlıq üslubunu qorumaq üçün restavrasiya işləri zamanı Gəncənin keçmiş memarlıq üslubuna xas olan çay daşları və köhnə Gəncə kərpiclərinin sintezindən istifadə ediləcək. Evin xarici görkəminin və həyətinin yenidən qurulması zamanı da qədim memarlıq üslubları nəzərə alınacaq”, - deyə “Cavad xan” Tarix Mədəniyyət Fondunun 1-ci vitse-prezidenti vurğulayıb.

İki otaqdan ibarət evin pəncərələrində Nizaminin əsərlərindən miniatürlərin əks olunması nəzərdə tutulub. Həyətdə yerləşən mənşəl və at tövləsi yenidən bərpa olunacaq. Əlavə dekorativ elementlər artırılaraq həyətdə milli mədəniyyətimizin əks etdirilməsi üçün sənətkarlıq guşələri yaradılacaq. Həmçinin həyətdə qədim Gəncə məhəllələrinə məxsus tağlı üzüm çardaqlar da quraşdırılacaq.

Tikilinin gələcəkdə həm mədəni tədbirlərin keçiriləcəyi etnoqrafik məkanlarından biri kimi, həm də şəhərin qonaqları və turistlərin diqqət mərkəzində olacağı bir məkan kimi istifadəsi nəzərdə tutulur.

Qeyd edək ki, bu il böyük Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Bu münasibətlə Prezident İlham Əliyev yanvarın 5-də 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsi ilə bağlı Sərəncam imzalayıb. “Nizaminin evi”nin təmir-bərpa işləri “Nizami Gəncəvi İli”nə növbəti töhfə olacaq.

# 1756 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
# # #