“Kinotavr” festivalı təxirə salındı

“Kinotavr” festivalı təxirə salındı
17 iyul 2020
# 16:41

Rusiyada kino sahəsinin aparıcı baxış-müsabiqələrindən olan “Kinotavr” festivalının payızda keçirilməsi qərara alınıb. 31-ci “Kinotavr” festivalı sentyabrın 11-dən 18-dək Soçidə təşkil ediləcək.

Bu haqda festivalın saytında məlumat verilib.

Bir qayda olaraq iyun ayında keçirilən festival bu il pandemiya və karantin səbəbindən ertələnmişdi.

Təşkilatçılar bildirib ki, festival Soçidə ənənəvi qaydada keçiriləcək. Sadəcə olaraq, məlum səbəblərə görə format bir qədər dəyişəcək. Belə ki, “Kinotavr” bu il daha az sayda qonaq qəbul edə biləcək, əyləncə proqramı ixtisar olunacaq və bütün epidemioloji göstərişlərə maksimum əməl olunmaqla keçiriləcək.

Hazırda 31-ci “Kinotavr” proqramı üzərində hazırlıq işləri gedir. Yeni şərtlər və akkreditasiya qaydaları festivalın rəsmi saytında (www.kinotavr.ru) dərc olunacaq.

Xatırladaq ki, kino müsabiqəsi 1990-cı ildən etibarən Soçidə keçirilir. Yarandığı ilk illərdə müsabiqədə ancaq Rusiya filmləri iştirak etsə də, 2011-ci ildən etibarən xarici ölkələrin rus dilində çəkilmiş filmlərinin festival proqramında iştirakı reqlamentə əlavə olundu. /azertag.az/

# 3451 dəfə oxunub

Oxşar xəbərlər

Beynəlxalq səyyahlar Ağdamda olublar

Beynəlxalq səyyahlar Ağdamda olublar

18:20 8 oktyabr 2026
"Dünyanın ən yaxşı 100 süd məhsulu"  siyahısı açıqlandı

"Dünyanın ən yaxşı 100 süd məhsulu" siyahısı açıqlandı

18:00 8 oktyabr 2026
Xaqani Şirvaninin 900 illiyi ilə bağlı kitab sərgisi açıldı

Xaqani Şirvaninin 900 illiyi ilə bağlı kitab sərgisi açıldı

17:30 8 oktyabr 2026
"Qızıl Portağal"ın münsifləri bəlli oldu

"Qızıl Portağal"ın münsifləri bəlli oldu

17:00 8 oktyabr 2026
Bəstəkar Aydın Əzimovun yaradıcılığına  həsr olunan dəyirmi masa

Bəstəkar Aydın Əzimovun yaradıcılığına həsr olunan dəyirmi masa

16:30 8 oktyabr 2026
AYB:  "Üzvlük haqqını ödəməyən şəxslər birlikdən xaric ediləcək"

AYB: "Üzvlük haqqını ödəməyən şəxslər birlikdən xaric ediləcək"

15:40 8 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər