Gənc rəssamın “Danışan rənglərim” adlı fərdi sərgisi keçiriləcək

Gənc rəssamın “Danışan rənglərim” adlı fərdi sərgisi keçiriləcək
9 aprel 2013
# 11:17

10 aprel 2013-cü il tarixində saat 12:00-da Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin rəsm qalereyasında gənc rəssam Nərmin Hümbətzadənin fərdi sərgisi keçiriləcək. Kulis.Azın məlumatına görə sərgi “Danışan rənglərim” adlanır.

14 yaşlı Nərmin Hümbətzadə nitq qüsurludur. Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 3 №-li Respublika Xüsusi İnternat məktəbində, Bakı şəhəri Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində təhsil alır.

Nərmin Hümbətzadə Amerika, Çexiya, Polşa, Rusiya, Ukrayna, Belarusiya, Yaponiya, Yunanıstan və s. ölkələrdə keçirilən beynəlxalq rəsm müsabiqələrində iştirak etmişdir. 2011-ci ildə Polşada keçirilmiş Beynəlxalq Uşaq Rəsm Müsabiqəsində isə II yeri qazanmasıdır.

# 1549 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #