“Qırın ermənin, qırın”

“Qırın ermənin, qırın”
15 fevral 2013
# 11:56

Gedək Qarabağa!

Gəl, əl-ələ tutub gedək,

Gedək biz olmayan yerə.

Ramiz Rövşən.

Boyluyam bir nisgilə, yükümü yerə qoymalıyam,

yağının gözlərini oymalıyam,

dilini qopardıb, dərisini soymalıyam,

şirlər oylağında çaqqallar ağa,

GEDƏK QARABAĞA!

Tanrıyla yaxın, xaxan deyiləm,

tutası yaxan deyiləm,

arxacın, arxan deyiləm ,

yaprımış biçənəklər gəlməyir kərəntiyə, orağa,

GEDƏK QARABAĞA!

Başqa bir yolum yoxumdu,

ölüm hökmümdü – üzümə oxundu,

bu sükut qəlbimə toxundu,

ümidim bükülüb bir arşın ağa,

GEDƏK QARABAĞA!

Ölmüşəm, ölümü yerdən qaldırmayın,

üstümdə “Cəngi” çaldırmayın,

bu dəfə ürəyimi qırmayın,

qorxaqdır, çəkilən qırağa,

GEDƏK QARABAĞA!

Arzumdu, andımdı, ahımdı,

bilmirəm hansı günahımdı,

əl uzatsam çatar – yaxındı,

düymələr qırılıb, açılıb yaxa,

GEDƏK QARABAĞA!

Qaldırın o bayrağı, qaldırın,

Bayquşu zirvədən saldırın,

Danıma susayıb, düşməndir,

Qırın ermənin, qırın –

sarınaq üçrəngli bayrağa,

GEDƏK QARABAĞA!

# 2725 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #