Ölə bilməyən erməni - İlqar Şirinov

İlqar Şirinov

İlqar Şirinov

7 dekabr 2021
# 14:20

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən İlqar Şirinovun “Ölə bilməyən erməni” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

“Əski pambıq bez olmaz, qarı düşmən dost olmaz”

(Kitabi Dədə Qorqud)

Artıq bir əsrdən çoxdur ki, azərbaycanlılar bir yerə yığışıb tarixdə olub keçənlərdən söhbət edəndə ermənilərin türklərə açdığı dava həmişə müzakirə olunan mövzulardan olmuşdur. Yşlı kişilərin öz ata-babalarından erməni vəhşilikləri barədə eşitdikləri söhbətlər nə qədər tükürpədici olsa da bir o qədər də bizim dərs götürməyimiz üçün ibrətamizdir. Bu olmuş əhvalat iyirminci əsrin əvvəllərində baş vermiş erməni-müsəlman davasında hər iki valideyinini itirərək südəmər vaxtından müsəlmanlar tərəfindən övladlığa götürülmüş bir erməni kişisi barədədir. Bələkdə tapilan və hətta dil açmamış südəmər körpəyə azərbaycanlıların rəhmi gəlir və onu övladlığa götrürlər. Ona müsəlman adı verirlər, müsəlman-türk ruhunda özlərinin doğma övladlarından seçməyərək tərbiyə edirlər. Zamanında müsəlman adət-ənənəsinə uyğun sünnət edirlər və yetkinlik yaşına çatdıqda bir azərbaycanlı qızı ilə evləndirirlər.

Vaxt gəlir millətlər arasına ədavət salaıb onaları bir-birinə düşmən edərək “parçala və hökmranlıq et” siyasəti yürüdən çar Rusiyasının da ömrü sona çatır və qısa müddət mövcud olmuş milli hakimiyyəti də Sovet quruluşu əvəz edir. Sovet ideologiyası millətçiliyi pisləyərək millətindən, irqindən və dinindən asılı olmayaraq ölkədə hamının bərabərhüquqlu insanlar olduğunu aşılayaraq vahid sovet xalqı yaratmağa başlayır. Kənddə onun erməni uşağı olmasını çox az adam bilirdi. Onlar da yaşlı adamlar idilər. Tarixən humanist olan azərbaycanlılar insanların milli mənşəyinə fərq qoymadan və keçmişdə özlərinə qarşı edilən pislikləri unudaraq hamiya insani münasibət bəsləməklə yaşayırdılar.

Zaman ötür və həmin erməni uşağını övladlığa götürmüş insanlar da dövranlarını sürdükdən sonra dünyalarını dəyişirlər. Kənd dağ kəndi olduğundan insanların əksəriyyətinin məşğuliyyəti maldarlıq idi. O da böyüdüyü ailənin başçısı kimi çoban olur və başqaları kimi qışda arana yayda yaylağa gedərək ailəsini dolandırır. Sonra Böyük Vətən Müharibəsi başlayır və əli silah tutan bütüb ölkə vətəndaşları kimi o da müharibəyə yollanır. Beş ildən sonra sağ-salamat kəndə ailəsinin yanına qayıdır və əvvəlki işini davam etdirir. Vaxt ötür, o da qocalır və xəstəlik onu yatağa salır. Xəstəliyi çox ağır keçir və aylarla sonra illərlə davam edərək ona olmazın əziyyətlərini verir. O artıq yaşlanmışdı. Gördüyünü görmüş, yaşadığını yaşamışdı və bu dünyadan da doymuşdu. Allahdan istədiyi yalnız bu ağır xəstəliyin ona verdiyi əzablardan qurtularaq ölmək idi. Allah isə onun əcəlini sona yetirmirdi və bu dünyada yaşadağı hər gün onun üçün bir müsibət idi. Kəndin ağsaqqalları olan həmyaşıdları və dostları günlərin bir günü uzun müddət yataq xəstəsi olan həmin o ermənini yoluxmağa gedirlər. Hal-əhval tutduqdan, cavanlıqda bir yerdə keçirdikləri günləri və keçmişdə olub keçənləri yada saldıqdan sonra onun halına acıyırlar. Ağsaqqallardan biri onun dərdinə şərik çıxaraq söylənir ki, sənin kimi sakit, kənddə heç kimə pisliyi dəyməyən və gününü çobanlıqla keçirmiş kasıb bir insanın günahı nədir ki, Allah sənə bu qədər əziyyət verir. Can verən dönmə erməni həyatının bu son və ağır anlarında həyatda etdiyi günahları etiraf etməyə başlayır. Bəlkə də etirafın onun halını yüngülləşdirəcəyini düşünərək ruhun körpücük sümüklərinə dirənib, lakin çıxmadığı anda günahlarını boynuna alır. Siz mənim hansı günahlar etdiyimi haradan bilə bilərsiniz? Onları yalnız bir mən bir də Allah bilir. Mənim günahlarım çox olub deyir. Yəqin ona görə də illərlədir əziyyət çəkərək nə insan kimi yaşaya bilirəm nə də ölə bilirəm ki, canım qurtarsın. Mən günahlarımdan yalnız birini sizə danışacağam deyir.

...Böyük Vətən müharibəsi təzəcə qurtarmışdı. Mən də cəbhədən qayıdıb əvvəlki kimi çobanlığımı edirdim. Yay qurtarmışdı və biz sürüləri dağlardan endirərək arana qışlamaq üçün yataq yerinə aparırdıq. Mənzil başına tez çatmaq üçün həm gündüzlər həm də gecələr ay işığında üzü aşağı yol gedirdik. Su çətin tapılan həmin ərazilərdə əhali seyrək məskunlaşmışdı. Bir gecə yolüstü kəndlərdən birinin ən sonuncu evinin yanından keçəndə həyətdə yanında təzə doğulmuş buzovu olan bir inək gördüm. Ev palçıqdan hörülmüş yapalaq bir kasıb daxması idi. Müharibədən sonra bütün ölkə əhalisinin vəziyyəti yaxşı deyildi. Kasıblıq və aclıq hökm sürüdü. Bütün kəndin yuxuda olduğu belə bir qaranlıq gecədə heç bir səs-səmir gəlməyən və ətarfına hasar da çəkilməmiş həyətdən həmin heyvanları oğurlamaq fikri başıma girdi. Nəfsimi saxlaya bilmədim və həyətə girərək buzovun kəndirini açıb özümlə aparmağa başladım. İnək də yeni doğulmuş balasının yanına düşüb sakitcə arxamızca gəlməyə başladı. Bir az getdikdən sonra axrada hənirti hiss etdim və çevriləndə çəlimsiz bir kişinin qorxa-qorxa arxamca mənə tərəf gəldiyini gördüm. Kişi tənginəfəs özünü mənə çatdırıb yalvarmağa başladı. Kasıb adam olduğunu və bir çətən külfətinin həmin inəyə göz dikdiyini bildirərək qorxudan titrəyə-titrəyə yalvarırdı. Mən isə onun yalvarışlarına fikir vermədən yoluma davam edirdim. Oğurluq üstündə tutulduğumdan nə özümə bəraət qazandıra bilirdim nə də ki, nəfsimi basıb oğurladığım maldan keçib onu sahibinə qaytara bilirdim. Kişi isə qorxa-qorxa, yalvara-yalvara qarabaqara ardımca gəlməkdə davam edirdi. Onun bu məlul yalvarışları ürəyimi yumşaltmaq əvəzinə məni daha da hövsələdən çıxarırdı. İşin belə davam edəcəyi halda oğurluğumun üstünün açılacağı qorxusu məni bürüməyə başlamışdı. Kişi mənə çox yaxınlaşıb sifətimi yadında saxlaya biərdi ya da haqlı olduğundan sümüyün bıçağa dirəndiyi ən son anda cəsarətlənərək bərkdən hay-küy salaraq köməyə səsləyə bilərdi. Beynimdə bu fikirləri götür-qoy edə-edə əlimi kəmərimə apardım. Kəmərimdə Böyük Vətən müharıbəsindən oğurlayaraq xəlvət evə gətirdiyim tapançam var idi ki, müharibədən qayıtdıqdan sonra həmin silahı dağda və aranda həmişə özümlə gəzdirirdim. Tapançanı çıxartdım və rəhm etmədən yaxın məsafədən kişinin başından bir güllə atdım. Onun səsi kəsildi və yerə sərildi. Mən isə yoluma davam etdim və yataq yerinə çatdım. Bu hadisə barədə heç kimə heç nə danışmadım. Kənddən-kəsəkdən uzaq çölün düzündə, gecə vaxtı heç bir şahidin də olmadığı şəraitdə yəqin ki, kişinin ölüm işini də aça bilmədilər və mən bu günə qədər bu dünyada cəzasız gəzib – dolanmışam. Amma etdiyim günaha görə insanların cəzasından gizlənə bilsəm də Allahın cəzasından canımı qurtara bilmədim. İndi budur, Allahın cəzası şiddətlidir və mən çox əzab çəkirəm. Əzab-əziyyətdən qurtarmaq üçün Allahdan ölməyimi diləyirəm, lakin nə ölə bilirəm nə də ağrısız – acısız yaşaya bilirəm. Mən özüm də bilirəm ki, etdiyim günahlarıma görə Allahın qəzəbinə və lənətinə tuş gəlmişəm. Mən sizə etdiyim günahlardan yalnız birini danışdım...

Onu yoluxmağa gələn insanlar çaşqınlıq içərisində idilər. İllərlə başqa cür tanıdıqları adamın ölüm ayağında etirafları onun əslində necə insan olduğu barədə həqiqətləri ortaya qoymuşdu. İndi bilmirdilər ona Allahdan rəhm, şəfa, bağışlanma yaxud lənət diləsinlər... Türkün çörəyini yeyib onların içərisində böyüsə də öz xəbis xislətindən ayrıla bilməyən dönmə erməninin əməlləri və hər bir günaha görə Allahın əvvəl-axır cəza verməyinin hikməti hamını susub dərin fikrə getməyə məcbur etmişdi....

26.11.2021

# 2051 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #