Yıldız Tilbe səhhəti ilə bağlı açıqlama verdi

Yıldız Tilbe səhhəti ilə bağlı açıqlama verdi
20 dekabr 2023
# 14:20

Türkiyəli müğənni Yıldız Tilbe səhhətinin pisləşməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.

Kulis.az xəbər verir ki, ifaçı hazırda özünü yaxşı hiss etdiyini bildirib.

"Allah hamıya şəfa versin. Yalan xəbəri doğru kimi yayan jurnalistlərə də... Çox ayıbdır".

Qeyd edək ki, ötən həftə Türkiyə KİV sənətçinin reanimasiyaya yerləşdirilməsi xəbərini tirajlamışdı.

# 737 dəfə oxunub

Müəllifin son yazıları

# # #