Azərbaycanlıları necə adlandırıblar? - Bilmədiklərimiz

Azərbaycanlıları necə adlandırıblar? - Bilmədiklərimiz
3 iyul 2019
# 09:00

Kulis.az “Rusiya imperiyasında yaşayan xalqlar əslində necə adlanıblar?” yazısını təqdim edir.

Asurililər — asuriyalılar. Birinci dünya müharibəsi illərində xeyli asuriyalı Osmanlı imperiyasından Rusiyaya qaçdılar. Rusiyada asurililər ət ticarəti və ayaqqabı təmizliyi ilə məşğul oldular. Həmin dövrlərdə küçə budkalarında çəkmə fırçalarla qarabuğdayı, yekəbığlı kişilərin müştəri gözləməsi köhnə Moskvanın əsas əlamətlərindən biri idi. Anatoli Rıbakovun 1990-cı ildə qələmə aldığı "Qorxu" romanında 1937-ci ildə paytaxta qayıtmış qəhrəman şəhərdəki tanış predmetləri axtarır: "Burada, küncdə, bığlı asurilinin, ayaqqabı təmizləyicisinin budkası olmalıdır…

Arnautlar — Ukraynaya XIX əsrdə köçürülmüş pravoslav albanlardır. Odessada onların yığcam yaşayış yerləri Böyük və Kiçik Arnautskix küçələri olub. Oxuculara yaxşı tanış olan İlfa Petrovun "On iki stul" romanında əsərin qəhrəmanları İlfa və Petrov bir çox qaçaqmalçılığı Kiçik Arnaut küçəsində edirlər.

Votyaklar — Udmurtlar. 1892-ci ildə bu xalqın adı bütün Rusiya imperiyasında guruldadı: Köhnə Multan kəndində yaşayan on votyak keçirdikləri ayin nəticəsində bir avaranın qətlində ittiham olundular. Məşhur yazıçı Vladimir Korolenko kəndlilərin müdafiəçisi qismində çıxış edirdi. 1896-cı ildə kəndlilər bəraət aldılar. Məlum oldu ki, avaranı öldürən qonşu rus kəndinin sakinləri olub.

Gilyaklar — Nivxlər. Priamurya və Saxalin sakinləri olublar. 1890-cı ildə gilyakları görmüş yazıçı Çexov "Saxalin adaqsı" kitabında həkim nöqteyi-nəzərindən onların görünüşünü belə təsvir edirdi: "Gilyaklar o qədər uzunboyludurlar ki, bəzən bundan utanırlar. Onlar möhkəm sümükləri və güclü əzələləri ilə başqalarından fərqlənirlər.

Qafqaz tatarları — Azərbaycanlılar. Payızda 1837-ci il gizir Mixail Lermontov Tiflisdən öz dostuna yazırdı: "Tatar dilini öyrənməyə başladım. Hansı ki, bu dili bilmək burada və Asiyada çox lazımlıdır.

Şairin bioqrafları hesab edirlər ki, Azərbaycan dili və onun danışıq qaydalarını öyrənməsi üçün Lermontova azərbaycanlı dramaturq Mirzə Fətəli Axundov xeyli köməklik göstərmişdir.

Lamut — Evenlər. Ümumi sayları iyirmi min təşkil edən evenlər əsasən Yakutiyada, Çukotkada, Kamçatka və Xabarovsk kənarlarında yaşayırlar.

Samoedlər-Neneslər. Onların keçmiş adları — nenlər, ensev, selkuplar və nqanasanlardır. Əsasən Arxangelsk və Tümen sahələrinin ərazilərində, Krasnoyarsk şəhərinin şimal regionlarında yaşayırlar. 1938-ci ildə sovet linqvisti Qergiy Nikolayeviç Prokofev Samoedlər xalqı adlandırılması təklifini irəli sürüb.

Tunquslar — Evenklər. Şərqi Sibirin yerli əhalisi hesab olunurlar.Yeniseydən Oхot dənizinə və Baykaldan Şimali Tundra çöllərinə qədər olan geniş ərazidə evenklər (tunqus) köçəri halda yaşayırdılar. Evenklərin əsas yaşayış vəziyyəti ovçuluqdan asılı olsa da, onlar maldarlıq və balıqçılıqla da məşğul olurdular. Puşkinin 1836-cı ildə yazdığı "Mən özümə əbədi heykəl ucaltdım" şeirində bir sıra xalqlarla yanaşı evenklərin də adı keçir.

Çeremislər — Marilər. Fin-uqor xalqlarından biri hesab olunurlar. Əsasən Rusiyada yaşayırlar. Kuprinin 1905-ci ildə yazdığı "Təkbətək döyüş" povestində qəhrəman çeremis Qaynan Puşkinin yağla sürtülmüş büstündən ibadət bütü kimi istifadə edir.

Çud — Vepslər. Kareliyada yaşayan Fin-Uqor xalqıdır. Hazırda vahid etnik əraziyə malik deyillər. Əsasən Sankt-Peterburq, Voloqda, Kareliya Respublikası ərazisində, Oneqa gölünün cənub-qərb sahillərində yaşayırlar. Onlar yerli nağıllarda və folklorda mifoloji məna daşıyan xalq hesab olunurlar.

Çuxonlarlar — Sankt-Peterburqun ətraflarının fin əhalisidir. Puşkinin "Bürünc atlı" poemasında çuxonlarla baölı misraya rast gəlmək olar.

# 3118 dəfə oxunub

Müəllifin son yazıları

# # #