Uçan itlər, qaraqabaq inəklər... - Beynəlxalq ev heyvanları fotosu müsabiqəsinin nəticələri

Uçan itlər, qaraqabaq inəklər... - Beynəlxalq ev heyvanları fotosu müsabiqəsinin nəticələri
5 avqust 2026
# 12:20

Avstraliyalı fotoqraf Kalli Soden "2026 Beynəlxalq Ev Heyvanları Fotosu Müsabiqəsi"ndə birinci yerə layiq görülərək "İlin Ev Heyvanları Fotoqrafı" seçilib.

Kulis.az xəbər verir ki, 2019-cu ildən keçirilən bu yarışmaya bu il 48 ölkədən 4 200-dən çox fotoşəkil təqdim olunub. Kalli Soden ümumi qalibiyyətlə yanaşı, "Yaradıcı" və "Studiya" kateqoriyalarında da birinci yeri tutub.

İlin ən yaxşı fotosu ünvanını Kallinin "Amazing Grace" adlı əsəri qazanıb.

Müsabiqədə digər kateqoriyalar üzrə də qaliblər müəyyənləşib; Belinda Riçards "Pişik Portreti", Mark Vandeyk "İt Portreti", Laura Brokxoff isə "At Portreti" nominasiyasında ən yüksək xalları toplayıblar.










# 90 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər