Tanınmış hind aktyor vəfat etdi

Tanınmış hind aktyor vəfat etdi
8 oktyabr 2025
# 10:50

Məşhur hind müğənni və aktyor Racvir Cavanda Mohalidəki Fortis xəstəxanasında müalicə alarkən 35 yaşında dünyasını dəyişib.

Kulis.az xəbər verir ki, o, yol qəzası nəticəsində ağır yaralanıb və xəstəxanaya yerləşdirilib.

Qəzadan qısa müddət sonra onun vəziyyəti "son dərəcə kritik" olaraq xarakterizə edilib. Bir müddətdən sonra isə o, xəstəxanada vəfat edib.

Qeyd edək ki, aktyor 2018-ci ildə Gippi Qrevalın baş rolda oynadığı Pəncab filmi "Subedar Joginder Singh", 2019-cu ildə "Jind Jaan" və 2019-cu ildə "Mindo Taseeldarni" filmlərində də rol alıb.

# 132 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər