Rusiyalı şoumenin İstanbul konserti ləğv olundu - Səbəb

Rusiyalı şoumenin İstanbul konserti ləğv olundu - Səbəb
26 oktyabr 2026
# 10:20

Rusiyalı şoumen Maksim Qalkinin İstanbulda keçirilməsi planlaşdırılan konserti ləğv edilib.

Kulis.az xəbər verir ki, bu qərar vətəndaşların və ictimai təşkilatların etiraz çağırışlarından sonra verilib.

Konsertin ləğvinə səbəb Qalkinin Qəzzada müharibə fonunda İsrailə dəstək ifadə edən açıqlamaları olub.

O, 2023-cü ilin oktyabrında “İsrail qalib gələcək”, 2024-cü ilin iyununda isə İsrailin Nuseyrat qaçqın düşərgəsində keçirdiyi əməliyyatdan sonra “İsrail, səninlə fəxr edirəm!” sözlərini yazıb.

Fələstinlilər arasında çoxsaylı insan tələfatı və Qəzzada yaranan humanitar fəlakət fonunda şoumenin bu açıqlamaları tənqidlərə səbəb olub.

Sosial şəbəkə istifadəçiləri və ictimai fəallar konsertin ləğvini tələb edib, tədbirin keçiriləcəyi təqdirdə etiraz aksiyası təşkil edəcəklərini bildiriblər.

# 98 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər