“Oppenheimer” daha bir mükafat qazandı

“Oppenheimer”  daha bir mükafat qazandı
19 fevral 2024
# 10:26

Britaniya əsilli amerikalı rejissor Kristofer Nolanın bioqrafik dramı “Oppenheimer” (2023) “Ən yaxşı film” nominasiyasında Britaniya Kino və Televiziya Sənəti Akademiyasının (BAFTA) mükafatını qazanıb.

Kulis.az xəbər verir ki, ümumilikdə nominasiyaların sayına görə liderlik edən film namizəd olduğu 13 mükafatdan 7-ni qazanıb. Belə ki, o, Britaniya Akademiyası tərəfindən “Ən yaxşı rejissor”, “Ən yaxşı aktyor”, “Ən yaxşı ikinci plan aktyoru”, “Film üçün ən yaxşı musiqi”, “Ən yaxşı operator işi”, “Ən yaxşı redaktə” nominasiyalarında mükafat alıb.

Qeyd edək ki, sonrakı yerdə 5 nominasiya ilə Yorqos Lantimosun “Kasıb əşyalar” filmi qərarlaşıb.

# 518 dəfə oxunub

Müəllifin son yazıları

# # #