Məşhur reperin azadlığa çıxacağı tarix açıqlandı

Məşhur reperin azadlığa çıxacağı tarix açıqlandı
3 noyabr 2026
# 14:00

Amerikalı reper P.Diddinin azadlığa buraxılacağı tarix açıqlanıb.

Kulis.az xəbər verir ki, sənətçi əvvəl nəzərdə tutulan 2 mart 2028-ci il əvəzinə, 6 fevral 2028-ci ildə azadlığa çıxacaq.

Reper ötən ilin oktyabrında Nyu-York məhkəməsinin qərarı ilə fahişəliyə cəlbetmə məqsədilə insan daşımaqda təqsirli bilinərək 4 il 2 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Qeyd edək ki, o, hazırda Nyu-Cersi ştatındakı Fort-Diks federal həbsxanasında saxlanılır.

# 113 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər