Luvr muzeyinin işçilərinin tətili davam edir və bu səbəbdən muzey çərşənbə günü də ziyarətçilər üçün bağlı qalıb.
Kulis.az xəbər verir ki, təxminən 400 əməkdaş keçirilən ümumi yığıncaqda tətilin uzadılması qərarını yekdilliklə qəbul edib.
Həmkarlar ittifaqları kadr çatışmazlığı, binanın texniki vəziyyəti və giriş haqlarının artırılmasına etiraz edirlər.
Mədəniyyət Nazirliyinin maliyyə və maaşlarla bağlı təklifləri isə işçilər tərəfindən kifayət qədər konkret hesab edilməyib.
Qeyd edək ki, bu hadisə, oktyabr ayında baş vermiş qiymətli zinət əşyalarının oğurluğundan sonra muzeydə yaşanan ikinci böyük böhran kimi qiymətləndirilir.