Fantastika sevərlərə şad xəbər: “Highlander” filminə daha bir ulduz qoşuldu

Fantastika sevərlərə şad xəbər: “Highlander” filminə daha bir ulduz qoşuldu
3 iyul 2025
# 14:45

İngiltərəli aktyor Henri Kavillin baş rolda yer alacağı “Highlander” filmi üçün hazırlıqlar davam edir.


Kulis.az xəbər verir ki, qısa müddət əvvəl Rassel Krounun da heyətə qoşulduğu filmə daha bir aktrisa – Marisa Abela əlavə olunub. Məlumata görə, Marisa Abela filmində ölümsüz döyüşçülərdən birini canlandıracaq.


Qeyd edək ki, maraqla gözlənilən “Highlander” filminin nümayiş tarixi hələ açıqlanmayıb.

# 188 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #