Haldun Dormenin vəsiyyəti yerinə yetiriləcək

Haldun Dormenin vəsiyyəti yerinə yetiriləcək
23 yanvar 2026
# 11:00

Görkəmli türk aktyor Haldun Dormenin anım mərasiminin keçiriləcəyi tarix və yer açıqlanıb.

Kulis.az xəbər verir ki, mərhum sənətkarın xatirəsinə həsr olunan mərasim yanvarın 25-də, onun son arzusuna uyğun olaraq “Harbiye Muhsin Ertuğrul Səhnəsi”ndə təşkil ediləcək.

Anım mərasimindən sonra Teşvikiye məscidində günorta namazını müteakib cənazə namazı qılınacaq. Daha sonra Haldun Dormen Edirnekapı Şəhidlik qəbiristanlığında yerləşən ailə məzarlığında torpağa tapşırılacaq.

Xatırladaq ki, bir müddətdir infeksiya səbəbindən xəstəxanada müalicə alan görkəmli sənətçi ötən gün dünyasını dəyişib.

# 257 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər