Di Kaprionun portreti 1,3 milyon dollara satıldı - Video

Di Kaprionun portreti 1,3 milyon dollara satıldı - Video
26 may 2023
# 16:24

Leonardo Di Kaprionun unikal portreti 76-cı Kann Film Festivalı çərçivəsində xeyriyyə hərracında 1,3 milyon dollara satılıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, mayın 25-də Kannda QİÇS-lə mübarizə üçün vəsait toplayan illik amfAR Xeyriyyə Qala tədbiri keçirilib. Ənənəvi olaraq, tədbir zamanı orijinal lotlar ilə hərrac keçirilib və gecənin ulduz iştirakçıları özləri giriş bileti üçün böyük məbləğdə pul ödəyiblər.

Bu il lotlar arasında anası İrmelin ilə birlikdə tədbirə qatılan Titanik ulduzu Leonardo Di Kaprionun unikal və bənzərsiz portreti təqdim olunub.

Məşhur britaniyalı rəssam Damien Hirst tərəfindən yaradılmış portret gecə yarısına yaxın ictimaiyyətə təqdim edilib.

AmfAR-da alınan portretin ümumi məbləği 1,3 milyon dollar olub. Aktyorun portretinin yeni sahibinin adı açıqlanmayıb.

# 1242 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #