Çəkiliş qrupu selin altında qaldı

Çəkiliş qrupu selin altında qaldı
29 may 2023
# 13:30

“Slovo” kinostudiyasının çəkiliş qrupu Dağıstanda selin altında qalıb.

Kulis.az xəbər verir ki, Mash teleqram kanalının məlumatına görə, hadisə nəticəsində 10 nəfər xəsarət alıb.

Hadisə Qunibski şəlaləsində baş verib. Kanal müəlliflərinin sözlərinə görə, bu yer təhlükəsiz hesab edilmir, orada əvvəllər də ölümlə nəticələnən qəzalar olub. Buna baxmayaraq, çəkiliş qrupu ora gedib.

Qeyd edək ki, çəkilişin üçüncü günü yağış yağmağa başlayıb, şəlalə daha da güclənib, sonra isə sel düşüb. Yaxınlığında olan hər kəsi yerə yıxıb. Bəzi insanlar qaçmağa müvəffəq olub, qurbanlara oradan çıxmağa çəkiliş üçün işə götürülən kaskadyorlar kömək edib. On nəfər orta dərəcəli bədən xəsarətləri alıb.

# 1127 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #