Bob Dilan Papa XIV Leo ilə görüşdü - Səbəb

Bob Dilan Papa XIV Leo ilə görüşdü - Səbəb
5 noyabr 2026
# 12:00

Ədəbiyyat üzrə "Nobel" mükafatçısı, 85 yaşlı əfsanəvi amerikalı musiqiçi Bob Dilan Romadakı konsert turu çərçivəsində Vatikana səfər edərək Papa XIV Leo ilə görüşüb.

Kulis.az xəbər verir ki, Həvari Sarayında baş tutan tarixi görüşdə səmimi anlar yaşanıb.

Papa XIV Leo musiqiçiyə xüsusi təsbeh hədiyyə edib, Bob Dilan isə bunun qarşılığında özünün "Chronicles - Volume 1" adlı avtobioqrafik kitabını Papaya təqdim edib.

Bu görüş təsadüfi xarakter daşımır; Papa XIV Leo bu ilin iyul ayında sülhə həsr olunmuş kitabının ön sözündə Dilanın 1963-cü ildə nüvə təhlükəsinə qarşı yazdığı protest mətni "Go Away You Bomb" mahnısının misralarına istinad etmişdi.

Bob Dilan üçün Papa ilə görüş ilk deyil. Rok ulduzu 1997-ci ildə Bolonyada Papa II İohann Pavelin və 300 min gəncin qarşısında "Knockin' on Heaven's Door" mahnısını canlı ifa etmişdi.

# 96 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər