“Aşkın Yüzü” filminin nümayişi başlayır

“Aşkın Yüzü” filminin nümayişi başlayır
10 iyun 2025
# 12:00

“CineMastercard” premium kinoteatrlar şəbəkəsində iyunun 12-dən “Aşkın Yüzü” türk romantik dramının nümayişi başlayır.

Kulis.az xəbər verir ki, Emre Erdoğdunun rejissoru olduğu ekran işində baş rolları Helin Kandemir və Onur Seyit Yaran canlandırıb.

Filmin məzmununa gəlincə, təsadüfən yolları kəsişən iki gənc - Özgür və Özlem bir-birlərinin həyatına gözlənilməz məna qatır.

Qeyd edək ki, “Aşkın Yüzü” həqiqi bir görüşün hər şeyi necə dəyişə biləcəyindən bəhs edən bir hekayədir.

# 84 dəfə oxunub

Müəllifin son yazıları

# # #