Xalq artistinə həsr olunan kitab çapdan çıxdı

Xalq artistinə həsr olunan kitab çapdan çıxdı
29 oktyabr 2020
# 15:00

Mədəniyyət Nazirliyinin sifarişi əsasında “Fərhad Bədəlbəylinin həyat və yaradıcılığı (məqalələr, rəylər, müsahibələr, materiallar)” adlı kitab çapdan çıxıb.

Nazirlikdən Kulis.az-a verilən məlumata görə, Əməkdar incəsənət xadimi, professor Tərlan Seyidovun tərtibçisi olduğu kitabda Xalq artisti, tanınmış pianoçu, bəstəkar, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylinin professional fəaliyyətinin bir çox istiqaməti işıqlandırılıb.

“Şərq-Qərb” nəşriyyatında çap olunan kitabda həmçinin sənətkar haqqında müxtəlif illərdə qəzet və jurnallarda dərc edilmiş məqalələr, müsahibələr və digər materiallar toplanıb.

Yeni nəşrin Mədəniyyət Nazirliyinin tabeliyində olan aidiyyəti qurumlara və kütləvi kitabxanalara paylanılması nəzərdə tutulur.

# 1529 dəfə oxunub

Müəllifin son yazıları

# # #