Xalça Muzeyinə virtual tur təşkil olundu - Foto

Xalça Muzeyinə virtual tur təşkil olundu - Foto
25 may 2020
# 14:31

Avropa ölkələrində Azərbaycanın Milli xalça Muzeyinə virtual tur təşkil olunub.

Kulis.az xəbər verir ki, Avropanın bir sıra ölkələrindən Azərbaycanın Milli xalça Muzeyinə onlayn tur təşkil olunub. Tur Skandinaviya Azərbaycanlıları Şurasının Finlandiya üzrə əlaqələndiricisi, “Azərbaycan-Türk” Gənclər Təşkilatının sədri Ülviyyə Cabbarova “Azərbaycan muzeylərinə virtual səyahət” layihəsi çərçivəsində baş tutub.

Onlayn tur zamanı keçirilən seminarda Skandinaviya ölkələrində, o cümlədən Finlandiyada yaşayan azərbaycanlılar , Almaniya, Niderland, Amerika, Yunanıstan, Azərbaycan, İsveçdən onlayn qoşulanlar olub. Moderator Ülviyyə Cabbarova seminarda bildirib ki, layihənin başlıca məqsədi Azərbaycanın milli adət-ənənələrini, tarixini, musiqisini, mədəni irsini ölkədən kənarda yaşayan gənclərə, xarici ölkə ictimaiyyətinə çatdırmaqdır. Seminarın məruzəcisi Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova bağlantı zamanı rəhbərlik etdiyi təşkilatın fəaliyyəti barədə məlumat verib. Ş.Məlikova Azərbaycan Milli Xalça Muzeyinin ölkənin ilk inklüziv muzeyi kimi fəaliyyəti barədə də danışıb.

Gallery

Burada sağlamlıq imkanları məhdud insanların ekspozisiya ilə tanışlığı üçün hər cür imkanların yaradıldığını diqqətə çatdırıb. Sonra iştirakçılara muzey haqqında qısa video-çarxı nümayiş etdirilib. Sonra məşhur teleaparıcılar Dilarə Səlim, Emil Şahzadə, Leyla Quliyevanın təqdimatında və surdo-tərcümə ilə müşayiət olunan ekspozisiya üzrə virtual turun ilk hissəsi diaspor təşkilatlarının nümayəndələrinə nümayiş etdirilib, layihənin davamının olacağını vurğulanıb.

Gallery

# 2262 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #