Rüstəm İbrahimbəyovdan qızına məktub: “Cinayət məcəlləsini unutma”

Rüstəm İbrahimbəyovdan qızına məktub: “Cinayət məcəlləsini unutma”
26 may 2020
# 14:29

Aktrisa Fatimə İbrahimbəyova atası Rüstəm İbrahimbəyovun icazəsi ilə atasının onun üçün yazdığı tövsiyə xarakterli məktubu Facebook səhifəsində yayımlayıb. Kulis.az həmin məktubu təqdim edir.

1. Həyatın qaranlıq tərəflərindən utanma - bir işıq şüası da müxtəlif rənglərdən ibarətdir.

2. Elə yaşa ki, özünü alçalmış kimi hiss etmə. Və birini əldə edib başqasını itirərək yaşamağa çalışma.

3. Yalnız özünü sevmə - tənhalıqdan qurtuluşun başqa yolu yoxdur.

4. Çətin olan məqamlarda belə həyatı sev. Bundan da pis ola bilər.

5. Vicdanının imkan verdiyi qədər azad ol; ancaq cinayət məcəlləsini də unutma.

6. Qocalıqdan qorxma, onun da müsbət tərəfləri var, əgər təkcə özünü sevmirsənsə.

7. Unutma, həyatla vidalaşanda belə münasibətlərin aydınlanması istisna olunmur.

8. Kremasiyaya razılaşma – Yer kürəsində (torpaqda) sən əcdadlarınla yenidən birləşirsən.

9. Ünsiyyətdə səliqəli ol ki, cənazənə layiqli insanlar gəlsin.

10. Qonaqlığın həvəskarları daha çox ölmüş dostlarını yada salırlar, nəinki içki içməyənləri. Sağlamlıq icazə verirsə...

Heç vaxt mühakimə etmə və ciddi qəbul etmə - karantin gec-tez keçəcək.

# 19169 dəfə oxunub

Müəllifin son yazıları

# # #