Kameron Diazın yeni filmi açıqlandı

Kameron Diazın yeni filmi açıqlandı
17 iyul 2025
# 11:40

Aktrisa Kameron Diaz uzun fasilədən sonra yenidən kinoya qayıdır.

Kulis.az xəbər verir ki, sənətçi “Netflix”in “Bad Day” filmində çəkiləcək.

Filmin rejissoru Ceyk Şimanski, ssenari müəllifi isə Laura Solon olacaq.

“Bad Day” kiçik qızına verdiyi sözü tutmaq üçün həyatının ən ağır gününü keçirən ananın başına gələnlərdən bəhs edir.

Qeyd edək ki, aktrisa axrıncı dəfə “Back in Action” filmində oynayıb.

# 188 dəfə oxunub

Müəllifin son yazıları

# # #