Məşhur dirijor vəfat etdi

Məşhur dirijor vəfat etdi
21 yanvar 2014
# 12:26

Məşhur italiyalı dirijor Klaudio Abbado yanvarın 20-də vəfat edib. Lenta.ru-nun verdiyi xəbərdə K. Abbadonun son illər ağır xəstəlik keçirdiyi deyilir.

K. Abbado bir müddət “La Skala” Milan Opera teatrının baş dirijoru və bədii rəhbəri olub. Milan Opera teatrından sonra dirijor Venesiya dövlət operasına, London simfonik orkestrinə və Berlin simfonik orkestrinə rəhbərlik edib.

K. Abbado həm də festival fəaliyyəti ilə də məşğul olub. 1988-ci ildə Venesiyada “Vin Modern” adlı müasir festivalının əsasını qoyub. O, həmçinin Venesiya Beynəlxalq Bəstəkarlar müsabiqəsini və “Berlin görüşləri” kamera musiqisi festivalını təsis edib.

# 1533 dəfə oxunub

Müəllifin son yazıları

# # #