İnsanlıqdan çıxaran baxışlar

İnsanlıqdan çıxaran baxışlar
1 sentyabr 2014
# 09:56

"Palçıqdan xəyallar"

Səbuhi Mürsəlli


Bu şəhərin istisində qovrulurdu saçların
Hər gün bir sərxoş tək yeriyirdi qəlbimə
islanmış baxışların
O baxışlar insanı insanlıqdan çıxaran
Bir tilsimmiş ilanları tərki-səhra eyləyən

Bu şəhərin kölgəsində dincəlirdi bədənin
Eyni gündə istidən yorulan yollar kimi
bərq vururdu gözlərin
Əyilirdi xəyalım gözəlliyin önündə
Ovulurdu əlimdə palçıqdan xəyallarım

Soruşurdu sözlərim pərişan halın nə dir
İsidirdi istidə eşqində qəlbim məni
o da bilməyir qədir
Bu şəhərmiş Kərəmi Əsliyə atəş edən
Bu şəhərmiş qəlbini mənimçün məhbəs edən

Züleyxanın gözlərində görünən Yusifi tək
Görünməyir əksim parlaq gözlərində
bir səhər ulduzu tək
Bu dəfə beynim danışır, susduqca göz yaşlarım

Mənasızsan mənə həyat


Mənasızsan mənə həyat
Tez-tez üzdün sən yolçunu
Sıxışdırdın, baxıb keçdin
Başqasına yaşamaqçun ümid verdin
Mənimçünsə ölümümçün səbəb verdin
Mənasızsan mənə həyat
Çoxlarına utanc verdin, bəlkə də sən bilib etdin
Amma sən də günahkarsan
Utancları sən böyütdün, nadanları sən yaşatdın
Naşılara gülüş verdin, xoşbəxt etdin
Sadiqlərə qucaq-qucaq dərdlər verdin
Ərşə çəkdin sən özünü
Sevmədin sən “sev” sözünü

Varlığımla yük oldum mən
Nə edəydim bir dəliyə vuruldum mən
Unutduqca varlığını silkələndim, ayıldım mən
Yuxudaymış, həyatdaymış
Sən demə o hər yandaymış
Mənasızsan mənə həyat
İlan oldun, çaldın məni
Zəhər oldun boğdun məni
Başqasına şəkər oldun
Mənimçünsə ağu oldun
Sən yolçuna alçaq oldun

# 1855 dəfə oxunub

Müəllifin son yazıları

# # #