Mübariz İbrahimov haqqında HEKAYƏ

Mübariz İbrahimov haqqında HEKAYƏ
18 iyun 2014
# 13:34

Dilman Şahmərdanlı

Vətən səmasında çaxan mübarizə şimşəyi

Azərbaycan səmasında qəfil göy gurladı, bütün səma enində göz qamaşdıran bir şimşək parladı...

Atlar şaxə qalxdı, kişnərti səsi əks-səda verdi qayalarda...

Zəngi çalındı, qılınc və qalxan cingiltisi eşidildi...

Babalarımızın səs-sədası Qarabağ torpaqlarına yayıldı...

Ətrafı alqışlar, şən səslər bürüdü...

Uşaqlar cingiltili səslərlə qışqırışdılar:

- Əhsən, Mübariz!!

- Əhsən, igid!!

- Bərəkəllah, qoçaq!!

- Qır, qır,

- Vur, vur,

- Öldür, öldür!!

- Qanımızı yerdə qoyma,

- Qanımızı bu nakişilərdə qoyma!

Bir uşaq da qışqırdı: Mübariz əmiii..., öldür oları, məni yatarkən öldürdülər.

O biri uşaq da dedi:

- Məni də.

Yer-yerdən uşaq səsləri eşidildi:

- Məni də...

- Məni də...

- Məni də...

- Bizi də...

- Bizi də...

- Bizi də...

Bu vaxt ağsaçlı bir ana dedi:

- Qurban olum adına, ay bala!

Ananın südü sənə halal olsun, ay bala!

O gördüyün doğranmış arvad məniydim, oğul!

Vətənin dar günündə dözmədin, eləmi, başşına dönüm?

Patronların bəs edəcəkmi?

Qurbanın olum, zirehini geymisənmi?

Aman Allah, bütün Qarabağ səmasını ana yalvarışları, şən ruhlandırma sədaları, qışqırtı və nərə səsi bürümüşdü...

Şəhidlər də gəlmişdilər...

Yaman coşmuşdular.

Cərgə-cərgə düzülüb qəhrəmanlıq şüarları səsləndirirdilər.

Bir nəfər uca səslə deyirdi: Afərin!! Sağ ol, Mübariz!

Neçə ildir, sənin böyüməyini gözləyirdik!

Oğulsan!

Kişisən!

Vətənə layiq oğulsan!

Yolumuzu getdin, amalımıza sadiq çıxdın!

Bax, gördüyün bütün bu şəhidlər sənə tamaşa etməyə gəliblər, qardaş!

O bunu deyib yüksək səslə nərə çəkdi:

- Eeeey Mübariz, eeeey igiiid…!!!

Ardınca bütün əsgərlər nərə çəkdi:

- Eeeey Mübariz, eeeey igiiid…!!!

Səmalar da onlara hay verdi:

…Mübariz... igiiid...

Eeeey igiiid…!!! Eeeey igiiid…!!!

İgiiid…!!!

İgiiid…!!!

Nə baş vermişdi?

Bu nə hay-haraydır, Allah!

Söhbət kimdən gedirdi?

Bu qədər insan kimin pişvazına çıxmışdı?

Qara gözlü Qarabağ uşaqlarının əmisi kim idi ki, ona şikayətlənirdilər, kimisi yuxuda öldürüldüyünü, kimisi süngüyə sancıldığını, kimisi yandırıldığını, kimisi dondurulğunu söyləyirdi?

Gözümü nura boyanmış üfüqlərdən çəkib yerə baxıram…

Bu kimdir?

Ucaboylu, dolu bədənli, qətiyyətli, qüvvətli və polad iradəli bir gənc!!!

Bu, hökmən azərbaycanlıdır!

Bədəncə qüvvətli, addımları mətin və cəsarətli!

Ayağının altını görmür.

Gözlərini qan tutub.

Sanki üfüq batarkən işığını onun gözlərinə salmışdı…

Yeni bir kədər yaratmaq üçün xəlvətə dalmışdı...

O göylərin oğludur, yerləri görmür.

Üfüqlərdə gedəcəyi yerləri seyr edir…

Görüşəcəyi insanları salamlayır və şəhidlik şərbətini birnəfəsə başına çəkmək üçün səbirsizlənir...

Şəhidlər ona baxır, o da şəhidləri süzür və iri addımlarla irəliləyir…

Bəzən əyilə-əyilə, bəzən qaça-qaça düşmən səngərlərinə yaxınlaşır və qəfil bir qartal kimi ovu üzərinə şığıyır və var səsi ilə nərə çəkir: Allaaaah!!!

Nərilti gecənin sükutunu pozur.

Düzmən əsgərlərinin ürəyi yerindən oynayır,

nitqi bağlanır, silaha əl atır, amma bacarmır, daha macal yox!

Bir-birinin arxasınca səslənən avtomat güllələri səslərini əbədi olaraq sinələrində boğur…

Düşmən bu qəfil zərbədən özünü itirmiş.

Belə bir hücum yuxuda belə olmazdı.

Onlar zənn ediridlər, elə bilirdilər, elə beləcə də qalacaq.

Dədələri, başbilənləri atəşkəs danışıqlarını uzadacaq, onlar da gecələri rahat yatacaq, səhərləri tənbəl-tənbəl yuxudan duracaq, rus konservi və “vodka”sı ilə zəhərləndikdən

sonra kefləri durulacaq, bu tərəfdən o tərəfə qışqıracaqlar: ara, molla...

Əsgərlərimizi ələ salacaqlar…

Mübarizin silahı susmaq bilmir.

Səngərləri bir-bir keçir, bir nəfəsə, düşməni də bir-bir seçir, rəhm yoxdur heç bir kəsə!

Məhv edənlər məhv olmalı, bu yurdumdan rədd olmalı!

Xəbər sonrakı postlara da çatıb…

İşıqlar yanır.

Maşınlar işə salınır, siqnalları səslənir…

Tənbəl erməni dığaları qorxudan böyümüş gözlərlə, titrək sözlərlə, bir-birinə baxır: axbercan, bu na iş idir?

Deyəsən, mollalar bizi basıb!!

Qışqırırlar, bağırırlar…

Amma onlar da nə baş verdiyini tam anlamamış başlarının üstünü bir qaraltı bürüyür və təkcə silahın alovlu dilini görür və içlərindəki ağrını hiss edirlər...

Aman Allah, bu nə çeviklikdir,

bu nə şücaətdir?

Mübariz əsgər elə bil insan deyil, qəzəbli aslandır.

Sanki dilindən aramsız çıxan “Allahu əkbər” sədası deyil, qəzəbli şir nəriltisidir.

Olmaya şəhidim “Nərilti gecəsi”ni xatırlamışdı...?

Elə bil dünyada bir özü, bir də düşmən var idi.

Qırıb-çatır, gördüyünü məhv edirdi...

Bu əsgərin düşmənə qarşı nifrətinə, kininə təəccüb etməmək olmur.

Bir gəncdə bir belə nifrət haradandı?

Məgər bu düşmən nə cinayətə yol vermişdi?

Bəlkə bu igid üfüqdən boylanan ayüzlü uşağın səsini eşitmiş, bəlkə də ağsaçlı ananın sənədli filmdəki qadın olduğunu bilmişdi...

Bəlkə... və buna görə gözlərini qan tutmuşdu...

Daha yerə baxa bilmirəm.

Yenə üfüqlərdəyəm.

Şəhidlər iftixar dolu baxışlarla yerə üzanmış qəhrəmana baxırlar.

Hər tərəfi qan, silahı da özündən bir az aralı düşüb yerə...

Sən onun gözlərini gördünmü?

O göylərə baxırdı...

# 3111 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #