Nimdaş paltar kimi “sevərəm” səni

Nimdaş paltar kimi “sevərəm” səni
24 fevral 2014
# 17:00

Aynur Qəniyeva

Sən keçmişə çevrilən günlər yığını

İndimdə olmayan quru adamsan

Həm yoxsan həm də ki, lap çoxdan varsan

Yaşanar dediyim doğma bir arzu

Ürəyi titrədən məsum bir istək

Nə vaxtsa sevgilim, eşqim olmusan

İndiysə illərdir üstün toz basan

Lap çoxdan sevərək çox geyindiyim

Nimdaş paltar kimi “sevərəm” səni.

***

Səninlə yaşamaq istədiyim.

Barmaqlarına toxunmaq əlini tutmaq

Səni əllərindən qucaqlamaq

Ürəyinin, hissinin istiliyini əlindən duymaq

Səni ömrüm boyu əl-əl axtarsam da

Tapanda dayanıb uzun-uzun sənə baxmaq

Gözlərimlə qucaqlayıb

Həyatından həyatıma yollanmaq..

Gözlərinə baxmaq əllərini tutmaq

Səni itirməkdən qorxmaq

“Biz”-li günlərin izinə düşüb

Arxasınca qaçmaq-qaçmaq

Səni yenidən itirib getdiyin yollara yazıq-yazıq baxmaq

Sənsiz olan yuxumdan ayılıb

Yenidən yanımdakı səni yaşamaq....

***

Mənim gənc olduğum gözəl illəri

Gələn hər yeni gün bir gün qocaldır

Hisslərim bu günün o tayındadır

Əllərim talenin varağındadır

Açdığım qapılar gediyim yollar

Üzünü –üzümə örtür,qapadır

Bir gün böyüyəcəm yaxşı olacaq

Fikrinin ardınca düşüb böyüdüm

Əzdi həqiqətlər ayağı altda

Həyata keçməyən arzularımı.

# 2310 dəfə oxunub

Müəllifin son yazıları

# # #