Sinəmdəki şəklə baş qoyan sevgililər

Sinəmdəki şəklə baş qoyan sevgililər
24 dekabr 2014
# 15:40

Göz yaşı sancısı

Sovetin qılıncının sağı da, solu da kəsən vaxtı hərbidə ikən sevgilisinin şəklini sinəsinə döymə etdirmişdi. İndi isə o sinəyə baş qoyan arvadına görə utanmaq istəmirdi. Niyə utanmalı idi ki? Sevgi hər şeydən ucadır öyrətmədilərmi?

Yox o əslində tamam başqa şeylərə görə utanmaq istəmirdi. Amma içində buna görə özünə daima məzəmmət edirdi. Etməməli idi. Yox bu onun qadınına xəyanətlərinə görə deyildi. İstədiyi hissi yaşaya bilməməsinə görə. Nə etmişdi? Nə etməmişdi ki?

Sevdiyi qız o əsgərlikdə ikən başqasına verib toyunu da etmişdilər. Geri dönəndən sonra qıza məktub yazıb demişdi ki, "həyatım boyunca sinəmdəki sənin şəklinin üstünə o qədər qadın baş qoyacaq ki, hər birində ağrı yaşayacaqsan". Amma olmadı.

Heç ummadığı bir zaman o artıq ağarmış saçlarını çiyinlərinə töküb, gözəl üzünü hələ də qoruyan "keçmiş" sevgilisini gördü. Gördüyü anda əslində keçməmiş olduğunu anladı. Çox ağrıdı içində. Sinəsindəki şəkil sanki indi canlanmışdı. Ona tərəf hərəkət edirdi.

Özü də bilmədən üz-üzə dayanmışdılar. Salam vermək istədi. Ancaq sözlər ağzında dondu. Bu sözlər nəyi dondurmazdı ki?"-sən nə qədər qadınla birgə oldun, nə qədərini sinənə qoydun bilmədim. Ancaq gecələr yatdığım yerdə üzümə göz yaşları dəyirdi. Özü yox idi. İzi vardı. O vaxt bilirdim ki evinizdəsən".

# 1254 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #