Xatirələri yaxşı düşünə bilmədim, oğlum bərk ağlayırdı...

Xatirələri yaxşı düşünə bilmədim, oğlum bərk ağlayırdı...
20 dekabr 2012
# 16:13

Mənə bir az ondan danış...Mən də səndən yazmaq istəyirəm...O səndən ki, sakit baxışınla, kol dibində boynu bükük bitən bənövşəni xatırladan duruşunla səndən... Deməyəcəm sən kimsən. Amma deməsəmdə biləcəksən, özünü sətirlərdə tapacaqsan, özünü sözlərdə tanıyacaqsan.

Vaxtsız gəlmişdin mənim ömrümə...Son anda sevgilisi ilə vidalaşmağa özündə cəsarət tapan, vağzala çatanda isə qatarın artıq getmiş olduğunu görən cavan kimi.

Səni xatırlayıram çiskinli bir Bakı payızında. Əlimdə soyumuş çay, qəlbimdə xatirələr, yanımda sən yox. Heç olmadın yanımda ki...heç...amma yanımda olmasanda yaşatdım səni qəlibimdə, xatirələrimdə. Bəlkədə saçlarımdakı iki dən düşmüş teldən biri sən olmadan səninlə yaşamağımın nəticəsidi, kim bilir?

Sənə bir dəfə gül almışdım-ilk və son. Əslində qorxuram gül bağışlamaqdan çünki bir gül kimi sən də solarsan xatirələrimdə...

Hərdən zəng vururam sənə...məni qınayırsan niyə az zəng vururam deyə, zarafata salıb “xəsis” də deyirsən gülərək. Eh, mənim yerimdə olsaydın məni basa düsərdin...Yox hec istəmərəm ki, mənim yerimdə olasan...

Ya təsadüf, ya zərurətdi bilmirəm, xatirələrdə yaxşı düşünə bilmədim səni, nəsə oğlum bərk ağlayırdı...

Mənə özündən danış!!!

Tural Ağarzayev

# 2164 dəfə oxunub

Müəllifin son yazıları

# # #