Bir az kef ver, bir az ziyan ol

Bir az kef ver, bir az ziyan ol
20 yanvar 2013
# 19:40

İsmail Cəfərli

Özün olmaq hissiylə

Aldadılmış bir qadının yaşlı gözləriylə bax özünə
bir az nifrət, bir az intihara təşəbbüs hissiylə,
Atası qətlə yetirilmiş bir qızcığazın hislərini yaşa
bir az yalnızlıq, bir az onu bir də görə bilməmək hissiylə,
Oğurluq etmiş bir uşağın yalan danışan dilində böyü
Saf uşaq ruhunun yalanla əvəz olunması hissiylə,
Tində yenicə bir tüstü almış gəncin siqareti ol
tanışı görsə atılmaqdan qorxusu hissiylə,
Qoca sərxoşun şərabı ol, badəyə dol
bir az kef ver, bir az ziyan ol...
...və bir az da özün ol, özün kimi yaşa
onun səni sevməyəcəyi hissiylə!

# 2422 dəfə oxunub

Müəllifin son yazıları

# # #