Yaz gəldi... sevgililər...

Yaz gəldi... sevgililər...
23 mart 2014
# 13:43

Şəhriyyə Qəzənfərqızı

Yenə gəldi.

Bahar gəldi.

Yaz gəldi elimizə.

Təbiət oyandı.

Bahar yalnız elə-obayamı gəldi?

Yalnız təbiətmi oyandı?

Coxlarının həyatına da bahar gəldi, sevgi gəldi.

Sevgi fəslidi bahar.

Gəldi, yenə getmək üçün, bütün bizi sevənlər kimi

Həyatımızdan da gəldiyi kimi gedəcək.

Necə baharlar gördü ruhumuz.

Yenə qış gələcək.

Parklar da yetim qalmışdı necə vaxt idi.

Kimsəsiz, boynubükük uşaqlara bənzəyirdi.

İsti nəfəsə ehtiyac duyurdu cansız skamyalar.

Baharın gəlişi onlara da nəfəs verdi, can verdi.

Yenə də parklarda sevgililər sevişəcək.

Kənar qınaqlara məhəl qoymadan həyatlarındakı" bahar"ı yaşayacaqlar.

Hərdən onlara qibtə edirəm.

Biz o "bahar"ı yaşaya bilmədik.

Parkları, skamyaları sevgimizlə sevindirə bilmədik.

Cavanlıqmı bizdən qacdı, sevgimi?

Ya bizim ruhumuzmu qocalıb?

Bilmədik.
Hər zaman 70-80 yaşlı qocaları yaxınlıqdakı parkda görürəm.

Qışda belə onların daxilidə bahar var.

Hər zaman düşünürdüm: "Bu şaxtalı, sazaqlı havada onlar üşümürlərmi?"

Demək, onların daxilini sevgi isidir.

Biz o ahıllar qədər sevgini yaşaya bilmədik.

Daxilən onlardan da qocaymışıq...

# 2807 dəfə oxunub

Müəllifin son yazıları

# # #