Bakı neftçilərinin xatirəsinə...

Bakı neftçilərinin xatirəsinə...
9 dekabr 2015
# 16:37

Yaşadığım xatirə, ya köhnə əfsanədir?

Bilə bilmirəm, amma dənizdən tüstü qalxır.

Qağayı gülüşləri boğulur göy sularda,

Xəyallar itgin düşür, ümidlər təlatümdə,

havada uğultu var.

Suya daşınmaq olmur, oddan yapışmaq olmur,

adamlar darda, darda...

Alovu gücləndirir, dalğaları böyüdür

dəli kimi rüzgar da.

Tanrının əllərinə heç kimin əli çatmır,

Dənizdə qayıq aşır, gün batır, külək yatmır.

Az sonra uşaqların gözləri böyüyəcək,

dərinlikləri görsün,

Analar dizlərinə-dizlərinə döyəcək.

Qərənfil yağışları yağacaq sahillərə,

Qadınlar tək çıxacaq ömür yolu illərə,

Göylərə çəkiləcək qızların gülüş payı,

Sabahdan boş qalacaq

hər evdə bir çarpayı...

# 1174 dəfə oxunub

Müəllifin son yazıları

# # #