Duruşu ağrı verən qadın

Duruşu ağrı verən qadın
12 yanvar 2015
# 22:42

Sual

Sən heç tanımadığın qadını
qucaqlayıb ağlamaq
istəmisən, şair?!
Sən heç qadına ağlamaq üçün
sarılmaq istəmisən?!

Şəkil

Bu gözəlin gözlərindən çox
duruşu ağrı verir adama.
Bu duruşdan ölmək
istəyir adam…

Həyat

Biri var imiş,
biri yox imiş...

Məsələn

Həyat 18 yaşlı gəncin
''Kimlərə qaldı dünya'' mahnısına
qulaq asmağı qədər təsirlidi...

Heç nə

Sənin bədbəxtliyin
məni dəli edər,
Nə olar, xoşbəxt ol!
Mən sənin ucbatından
''hər şey'' oldum,
bir də dəli olmaq
istəmirəm...

Tıxac

Avtobusda əsəbindən
''Traffic Racer''oyunu oynayırdı
evinə tələsən oğlan..

Ağrı

Səadətin hər gün inək
sağmaq qayğısı
bir gündə körpəsinə
süd verən vaxt
pəncərəyə zillənmiş
gözlərindən
asılmışdı...

Kişi duyğusu

Qadın parfümeriyadan çox
istifadə etdiyi üçün
öz ətrini itirmişdi...

Yeni ilin modası

Hər il olduğu kimi
bu il də qara rəngə
üstünlük verəcək...

Yaşamaq

Bir qadından
başqa bir qadına
keçə bilməməyin ağrısını
daşıyıram...

Əzab

Sevgin sənə
sevinc gətirmirsə,
səni güldürmürsə,
vaxtında tüpür onu.
Vaxtı keçmiş sevgilər
zəhərləyir insanı,
əzab verir,
ağrıdır.
Qusmaqda olmur,
ölməkdə...

TV

XXI əsr…

Beyin yuyan

aparat...

Yuyuldusa,

Apar at...

Etiraz

Sadəcə susmaq...

# 1583 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #