Məni sevib incitmə

Məni sevib incitmə
30 may 2013
# 16:27

Günay Novruz

Atama

Sabah yenə adamlar arasında mən,

Güləcəm arsızcasına.

Sabah umid edəcəm sabaha,

Boylanacam gələcəyə bir daha.

Səni itirməmək arzusu ilə...

yaşaracaq gözlərim...

yalvaracam Allaha.

Qurban gedəcək uğruna göz

Ağlayacaq, ağlayacaq,

Ağaracaq, ağaracaq, qara

Məni də apar, apar oppalara.

Gedirsənsə birgə gedək...

gedək, qovuşaq Allaha.

Gözlərim göz boyda

Məni sevərək incitməyin,

Sizin hiyləniz boyda Mənəm Mən.

Məni özünüzə güldürtməyin,

Sizin hiylənizi görüb gəlmişəm.

Qurdlular qurd olub dağa çıxdılar,

Orda qurd olmaq necə də çətin?...

sonra özlərini uçurtdular.

Yazıq mənim ilk məhəbbətim.

Gözlərim göz boyda sizə baxırdı

Hamı eyni idi, hamı birtəhər.

Dünya gözünüzdən mənə baxırdı,

Necə də dəyişib, adiləşib sevgilər.

Məni yalandan sevməyin,

Sizin sevginiz boyda deyiləm Mən.

Məni sevərək incitməyin,

Sizin hiylənizi görüb gəlmişəm.

# 2085 dəfə oxunub

Müəllifin son yazıları

# # #