Olur da...

Olur da...
14 oktyabr 2013
# 16:46

Olur da bir gün sən gələrsən...Olur da lap yaxın olarsan mənə.. Onda səni istəmərəm. Bilmərəm niyə?! Yox, tapdım əslində. Çünki alışdım yoxluğuna. Var ola -ola olmayan yoxluğuna alışdım. Mənim olmaq istəyib, mənim olmayan varlığındakı yoxluğuna alışdım. Ruhuma var deyib cismimə özünü göstərməyən, yalnızlığımdakı cütüm olduğuna alışdım. Sən gəlmədiyin üçün artıq mən gedirəm. Çünki sənə gətirdiklərim nə sənə, nə mənə yetmədi.

İndi bəlkə də sən qaçacaqsan dalımca. Mən də elə sənin kimi səndən qaçacam. İllər sonra çatarsan yəqin mənə. Səndən qaçdığımdan yorulsam əgər. Sən yorulmadın amma məni ruhunla qoyub varlığını qaçırtdığın vaxtlarda.

Həmişə ümid edərdim sənə. Elə sən olduğun üçün ümid edərdim. Ümid heç vaxt ölmədiyini vaxtda mənim ümidim belə öldü ruhumdakı ruhunla bir yerdə.

İndi heç ümidim də yoxdu sənin kimi. Heç istəmirəm də olsun. Boş ümidlərin də faydası yoxdu onsuz da sənin kimi. Ruhum söndü zatən sənin kimi. Mən gedirəm. Başım aşağı, gözümün yaşı belə olmadan gedirəm. Getdiyimdə olmadığın yerlərimə gedirəm.

# 2312 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #