Kəfən baha, molla baha, necə qovuşum Allaha

Kəfən baha, molla baha, necə qovuşum Allaha
3 may 2013
# 07:00

Günay Novruz

Atmısan məni

"Sən, Sən" deyə sayıqlayıram gecələri,

Anam fikirlidi gecədən bəri.

"Sən, Sən" deyə yuxuda ağlayıram mən,

Anam oyaq qalır gecələri.

Gecələr anam ağlar...

gecələr uzanar.

Anama deyə bilmədim dərdimi,

Deyə bilmədim: "atmısan məni".

Qanım axar gildir-gildir,

Anam bunu bilsəydi...

məni incitdiyini.

Gecələr yuxuda görürəm pəncərəni...

o pəncərəni, həmin yeri

Eşidirəm gecələr səsini.

"Mən, Mən" deyə çığırırsan,

"Sən, Sən" deyə inləyirəm.

Gündüzlər gecə olsun.

Ağrılar gücə dolsun...

səndən gələn bələ olsun.

Min gecənin birində,

Bir gecənin minində

Sevgimiz hədər olsun...

gəldi-gedər olsun.

Ölüm aşiqiyəm

Mən bu dünyanın adamı deyiləm,

O dünyadan gəlmişəm,

Mütləq bir gün gedəcəm,

Qorxma burda qalanı deyiləm.

Bilmirəm ölüyəm, yoxsa ki, diri?

Bilmirəm ağıllıyam, yoxsa ki, dəli?

İncidirəm məni sevənləri,

Sevirəm ölüləri.

Yenə məzar başına dolanıram mən,

Yaşamaq aşiqinin məzarıdı bu,

Mən də ölüm aşiqiyəm...

yaşayıram.

Günü on üç manata yük daşıyıram,

Kəfən baha,

Yasin baha,

Molla ondan da baha

Düşünürəm...

görəsən necə qovuşum Allaha?

Düd, düüüd

Bu gün bir telefon zəngi qədər yad oldun mənə,

İnanmadım məni sevdiyinə.

Bir telefon zəngi qədər "düd, düüüd" söydüm səni.

Sonra bir "alo" sözünə nifrət etdim...

yığdım, sildim nömrəni.

İllər öncə olsaydı əgər,

Əzbər bilərdim nömrəni

İllər öncə olsaydı əgər

Sevərdim mən də səni.

Düd, düüüd sənin sevginə...

hisslərinə,

Bir də yalan danışan dilinə düd

# 2557 dəfə oxunub

Oxşar xəbərlər

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

11:30 23 may 2024
#
#
# # #