Yerdəki tanrı HEKAYƏ

Yerdəki tanrı HEKAYƏ
3 oktyabr 2014
# 11:04

Orxan İsmayıl

- Ana, Allah baba niyə göydə yaşayır?

- O, hər yerdədir, oğlum.

- O hamımızı görə bilir anacan?

- Əlbəttə. Allah baba hamımızı görə bilir və uşaqlar yeməyini axıra qədər yeməyəndə bütün valideynləri cəzalandırır. Atanı və məni də.

- Yəqin, Rəsulun hər gecə filmdəki qızların çılpaq şəkillərinə baxdığını da görür... Görür?

- Nə danışırsan? - Sara ağzına doğru apardığı şorba dolu qaşığı boşqaba atdı. - O təzə şəkillər tapıb?

- Ana, Allah baba buna görə atamı və səni cəzalandırmayıbsa deməli, o, uşaqlarla dostdur və mən də süfrədən istədiyim vaxt qalxa bilərəm.

- Kifayətdir Səid. Yeməyini bitir.

Hadisədən bir gün əvvəl

Sara və Fərhad Əzizlilər 10 il əvvəl ailə qurublar. Bakını ziddiyyətlər və uğursuzluqlar şəhəri adlandıran Fərhad buranı barokko üslubunu dərindən mənimsəməmiş gənc memarın fantaziyası hesab eləyir.

- Əzizim, ölülərin dirilərdən əsas fərqi odur ki, biçarə zavallılar sual vermirlər. Sən isə... - Sara əl hərəkəti ilə ona mane olmamağını bildirdi. - Sən orada nə tapmısan?

Qoxusundan rəngli jurnala gözlərini zilləyərək deyəsən maraqlı nəsə oxuyurdu.

- Fərhad, burada yazılıb ki, 16 yaşlı oğlan gecə dükana gedərkən kiminsə onu izlədiyini hiss edib. Arxaya çevrilərkən güclü zərbənin təsiri ilə huşunu itirib. Bir neçə dəqiqədən sonra onu görüblər, ailəsinə və polisə xəbər verilib.

- Gecə avaraları, - Fərhad özünə inamlı şəkildə bildirdi. - yəqin azyaşlının tək olmağını görüb qarət ediblər.

- Yox. - barmağı ilə oxumaq istədiyi yeri göstərdi. - Məni düşündürən başqa məsələdir.

- O, ölüb?

- Yox, yox. Sağdır. - yazının yuxarısında kiçik xətt çəkərək jurnalı Fərhada uzatdı. - Buradan oxu, ucadan.

"Xəstəxanadakı oğlan bildirib ki, onu ağ parıltılı insana bənzəyən qeyri-adi məxluq vurub. Oğlan onu bir anlıq gördüyünü və yerə sərildiyini deyir. O, ... - cəfəngiyyatdır.

Fərhad jurnalı divanın üstünə atdı.

- Oğlan deyir ki, ... o, görüb..

- Biz gəldik. Salam atacan, ana.

Uşaqlar həmişəki səs-küylə içəri girdilər. Bu gün öz nəvəsini və Saranın oğlanlarını məktəbdən Məmləkət xala gətirmişdi.

- Uşaqlar, əllərinizi yuyun, hamımız süfrə arxasına.

İnsanlar öz tanrılarına nə qədər sədaqətli olsalar da, onun təsəvvür etməyə çəkindikləri simasını görməyi çox düşünürlər. Halbuki, tanrının özləri kimi aciz olmasını heç vəchlə qəbul etmək istəməzlər.

15 oktyabr, 1998-ci il

Sara və Fərhad Məmləkət xalagildəki qonaqlığa təşrif buyurublar. Uşaqlar təkidlə evdə qalmaq istədiklərini və Fərhadın təzə aldığı rəngli karandaşlarla şəkil çəkəcəyini bildirəndən sonra qonaqlığın könüllü iştirakçıları sırasında yoxdurlar. Televizorda saat 20.00-dan sonrakı ənənəvi rus cizgi filmi nümayiş olunur. Rəsul şəkil çəkməkdən imtina edib, bütün diqqətini qoca qurdun əlindən canını qurtarmağa çalışan ördəyin hərəkətlərinə pərçimləyib.

- Səid, baxsana necə maraqlıdır.

Anidən televizor söndü. Parıltı. Sinirləri ram edən xışıltılı səslər. Möhtəşəm qadın obrazını ilahi smokinqdə canlandıran xəyalat tanrısı. O, gəlib...

- Anacan o televizoru niyə söndürdü? - Xəstəxanada özünü yaxşı hiss elədiyini deyən Səidin anasına ilk sualı belə oldu?

- Mən ondan qorxmadım, anacan. Səid də.

- Siz kimdən danışırsınız?

- Yerdəki tanrı. Özü belə dedi.

Həmin gün eyni binada yaşayan gənc qız hamamda yuyunarkən huşunu itirmişdi. Naməlum zərbədən yerə yıxılan qız qəribə bir məxluqun onu vurmasını iddia edirdi.

# 2304 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #