Biz onu ələ salmaq üçün gülmürdük...

Biz onu ələ salmaq üçün gülmürdük...
23 mart 2019
# 18:38

Zərif Bakirova

Opela

Bu əndrəbadi kökəyə baxa-baxa məni iki hiss bürüyürdü. Bir tərəfdən onun içindəki soğanın ürəkbulandırıcı iyinə qarşı hiss etdiyim ikrah, ikinci isə belə hiss etdiyimə görə keçirtdiyim günah hissi. Bu kökə məni aşiq olduqlarımız və bizə aşiq olanlar və bu insanların tez-tez eyni adam olmadıqları barədə düşündürməyə vadar etdi.

Bu hekayə dünya kimi qədimdir: bir insan o birini sevir, o isə başqasını sevir, başqası da başqasını və s. və i. a. Yaşlaşdıqca fikirləşirsən ki, sən daha müdrik ola, sənin qeydinə qalan, sənin üçün əziyyət çəkib yemək bişirən insanları sevə, təsir göstərə bilmədiyin hisslərin qurbanı olmaya bilərsən. Mən əziyyət çəkib bu kökəni mənə bişirən və yəqin bütün cəsarətini toplayıb qapıma gələn oğlan haqqında və mənim bir tərəfdən onu sındırmamaq, bir tərəfdən isə ümid verməmək üçün elə hey “Sənə də yaxşı yay tətili arzulayıram” deməyimi xatırladım. Bundan sonra əlbəttə onun nə üçün iki həftədən sonra ölkədən köçəcəyi halda məndən sendviç düzəldən maşını alması aydın oldu. Özümü də onun yerinə qoyub başqasının gözünə görünmək üçün etdiyim cəhdləri və qarşı tərəfin bu zaman necə narahat hiss etdiyi də gözümdə canlandı.

Bu kökəyə baxa-baxa və onu zibil yeşiyinə tullayacağımı fikirləşərək başa düşürdüm ki, heç nəyə baxmayaraq mən sonradan oğlana çox sağ ol da deyəcəm və hətta bu kökənin adını da soruşacam. Çünki ilk növbədə biz nəzakətli olmalıyıq. Mən qapımda büzüşüb öz ölkə mədəniyyəti və bu kökəni nə üçün məhz qarğıdalı unundan olan lavaşla bişirməyi haqqında danışan o oğlanı və onun dediklərinin mənim tamamilə vecimə olmadığı və gecikdiyim üçün onun yalnız tez getməsini arzulamağım yadıma düşdü. Sonradan anladım ki, onun, səfərimə 10 dəqiqə qalmış gəlməyinin səbəbi ya bütün səhər boyu bu kökəni bişirməsi, ya da sonuncu ana qədər cürət toplaması idi.

Əlimdə opela (sonradan bildim ki, bu kökənin adıdır) zibil yeşiyinə yaxınlaşdıqca mən o oğlan gedəndən sonra rəfiqəmlə onun arxasınca gülməyimi xatırladım və buna görə utandım. Əlbəttə biz onu ələ salmaq üçün gülmürdük, sadəcə yazığımız gəlirdi, amma əslində bilmirəm hansı daha pisdir.

Opelanı zibil yeşiyinə tullayarkən və qırağı bir az dişlənmiş üçbucaqlı kətəni zibillərin arasında görərkən mən həyatında heç olmasa bir dəfə cürətini toplayıb istədikləri naminə ilk addımını atan hər bir şəxsin cəsarətini alqışladım və özüm də daxil olmaqla onlara gerçəkləri görmək müdrikliyini arzu etdim.

# 3296 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #