Özünə güvənməyən Azərbaycan kişisi

Özünə güvənməyən Azərbaycan kişisi
17 aprel 2013
# 17:55

Evli kişinin sevgisi “düyü”nlü sevgidi...

Ayna Məmmədova

Bu gün kişilərin sevgisindən danışacam. İnsan xarakterləri müxtəlif olduğu üçün onların sevgiləri, qadına münasibəti də fərqli olur. Həm də azərbaycanlı kişidə bu tamam fərqlidir.

Özlərini qlamurcasına, Avropa təfəkkürü ilə aparmaqlarına baxmayın, ən çox mentalitet düşkünləri də onlardı. Bakının göbəyində min oyundan çıxan kişilərimiz ən son anda gedib kəndindən öz təbirincə “ev qızı” alır.

Nəsə, bu məqamlardan keçək. Əslində bu “ev qızı” məsələsinin bizlərin təfəkküründən silinib getməsinə hələ illər lazımdı. Guya ictimai nüfuzu, dünyagörüşü zəngin qadınlarımız namus, qeyrətlərini itə zadamı atıblar? Əlbət ki, yox. Bunun bir səbəbi var - Azərbaycan kişisi özünə güvənmir.

Belə qadınlar isə özünə güvənən kişiləri seçirlər. Əlbət ki, ali təhsili olmayan, dünaya görüşü dar olan bir qadına ərlik eləmək daha asandı…Həm də necə ərlik…

Belə kişilər özlərini qadınlarının gözlərində o qədər böyüdürlər ki…Amma həmişə gözləri çöldə-bayırda olur. Axı oxunmuş qadın artıq onlar üçün maraqlı deyil. Aha, istədiyim məqama çatdım.

Kişi həmişə maraqlı kitab oxumaq istəyir. Hər səhifədə maraqlı şəkillərlə, cədvəllərlə, qrafiklərlə rastlaşmaq istəyir. Bu kitabın epiloqunu da, monoloqunu da yazandan sonra verir tumsatana ki, səhifələrini cırıb tum satsın…

Bu günlərdə evli kişilərin məhəbbəti mənə daha çox təsir elədi. Hətta belə məhəbbətlər onların səhhətinə də təsirsiz ötüşmür. Evli kişilər həyat yoldaşlarında aramaq istədiklərini başqa qadında görüncə dəlicəsinə sevir. Əli yetməsə, ünü çatmasa bu sevgi daha da alovlanır. Evli kişilər bu sevgi üçün için-için yanır, taleyin qismətinə boyun əymək istəmir. Və həyata, taleyə, qədərə inad sevir o qadını….Boş-boşuna olsa da, sevir…

Kişilər təmənnasız sevgini xoşlamır. Nə qədər ruhən, içdən qadına bağlı olsalar da, sonda mütləq bir təmənnaları olur.

Ruhu sevgiylə dolu evli kişilərin çoxu isə təmənnasız sevir…

Bir xoş söz eşitmək, bir gülümsər baxış görmək ümidiylə… Təmənnasız sevgi sevgilərin ən gözəlidi… Safdı, təmizdi, uşaq qığıltısı kimi məsumdu…

Təmənnasız sevgi yumruqları düyünləyib sevməkdi… düyünlü sevgidi… Düyünü nə vaxt düyünləmək mümkün olacaqsa, evli kişilər də sevgisinə onda qovuşacaq. Elə əsl sevgi - hicran deməkdi…

Kişilər “olmaz”, “əlçatmaz”ı sevirlər. Kişilərin sevgi dünyası özləri də baş açmadıqları labirintlərlə doludu. Bütün kitabları oxumaq istəyirlər. Hətta xarici ədəbiyyatı da. Kişilər elə bilirlər ki, bütün qadınların dilini bilirlər, amma daha bilmirlər ki, qadınlar onların dilində danışır....

Gedin, hələ dil öyrənin, qadın dilini...

# 2507 dəfə oxunub

Oxşar xəbərlər

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

11:30 23 may 2024
Məlikməmmədin nağılı - Aliyə Qədirovanın hekayəsi

Məlikməmmədin nağılı - Aliyə Qədirovanın hekayəsi

16:32 22 may 2024
#
#
# # #