Mələk olmadığını biləndə

Mələk olmadığını biləndə
14 iyun 2013
# 07:00

Aynur Əsma

Sən şeytan deyilsən, amma həmin mələk də deyilsən...

Mən yaxşı insan olmaq istəyirəm. Cəmiyyətə yararlı olmaq, ətrafdakıları sevmək , onları incitməmək, təmənna güdmədən yaşamaq istəyirəm. Amma... Heyhat!!!

Bizim cəmiyyətdə rola girmədən heç vaxt addımlaya bilmirsən. Pak, saf arzuların arxasınca qaçarkən rastlaşdığın iyrəncliklər səni dəyişdirir. Yox, onlar səni dəyişilməyə məcbur edir. Əgər məqsədinə çatmaq istəyirsənsə daxilində vulkan püskürdüyü halda, zahirən tam sakit görünürsən.

Həmin iyrənclikləri görəndə ürəyin bulanır, amma sakit görünürsən. Baş verən ədalətsizliyi daxildə əzabla, xaricdə isə sakit qarşılayırsan. Hərdən qışqırmaq, daxilində səni boğan hayqırtını çölə çıxartmaq istəyirsən. Səni incidənlərə “Bəsdir, mən bunu istəmirəm!!!” deyə bağırmaq istəyirsən.

Amma arxana dönüb baxdıqca, arxada qoyduqların hər bir əzabı xatırladıqca bir şeyi anlayırsan: Getməlisən, arxana, ətrafına baxmadan, yolunun üstündəki maneələri ötüb-keçməlisən.

Hərdən kiminsə hissləri ilə oynayırsan, kimisə alçaldırsan və ən acınacaqlısı isə bunu daxilində anlayırsan, bilirsən. Amma bu sənə mane olmur. Axı sən insansan. İnsan isə bəşəriyyətdə yaradılmış ən ali və ən dəhşətli varlıqdır.

Sənin yalnız bir şüarın olur: Yalnız və yalnız irəli!

Arxana baxmadan, əzib keçdiklərinə baxmadan irəliləyirsən.

Sən uğur əldə edirsən, ucalırsan. Ətrafında hər kəs səni alqışlayır. Daxildə sənə nifrət edənlər təmtəraqlı cümlələri sənin başından tökür. Sən onların nifrətini görürsən, amma bu nifrət səni əyləndirir. Dünən səni heç sayanlar artıq ətrafında pərvanə olublar. Onları alçaltmaq sənə həzz verir.

Bəli, sən artıq qalibsən. Səni bu yerə sənin qəzəbin, nifrətin gətirib. Sən məqsədinə çatmısan... Amma birdən anlayırsan ki, sən xoşbəxt deyilsən. Sən ətrafındakılardan fərqli olaraq özünü qalib hiss etmirsən. Səbəbi anlamaq üçün keçmişə boylanırsan və budur... Hər şey sənin gözünün qarşısında canlanır.

Sən əldə etdiklərinə çatmaq üçün çəkdiyin əzabları düşünürsən. O yolda sənə yoldaşlıq edənləri xatırlayırsan. Və bu zaman özünə sual verirsən: “Qazandıqlarım itirdiklərimə dəyərmi?!!!”

Sən keçmişdə bir mələk idin. İndi isə... Yox şeytan deyilsən, amma həmin pak insan da deyilsən.

Bax o zaman həyatın necə çətin olduğunu, taleyin səninlə necə oynadığını dərk edirsən.

# 1812 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #