Dəli bir istəyin izində

Dəli bir istəyin izində
12 dekabr 2014
# 11:59

Radioda çalınan

əski bir mahnı
səni mənə xatırlatdı...
Baxışlarını,
saçını gördüm.
Dəli bir istəyin düşdüm izinə...
Xəyalən
gecənin zülmət qaranlığında
səssizcə gəldim otağına...
Yatağına saçlarının
gül qoxusu dağılmışdı

gizlincə öpdüm
yanağından...
Sənə söyləyə bilmədiyim
sevdamı
hayqırıram
qovuşmayan
sevdalara ...
Üşüyürəm...
Üşüdən həsrətindir,
sənsizliyindir
məni...

***

Yaza bilmirəm, susubdur ürəyim.
Sona gəldim deyəsən,
sənə həsr elədiyim heç nə yadıma düşmür.
Qələmimlə yazdığım, qəlbimin dedikləriydi…
amma indi doğrudanda tək və sənsizəm...
Bir düşüncə belə sənə
yazılan yazılara gətirib çıxardırdı məni...
Amma ölüb hislərim deyəsən,
susubdur qəlbim, yaza bilmirəm.
Bəlkə də anladım heç nəyin dəyişməyəcəyini.
Unutdummu həqiqətən,
yoxsanmı artıq sən?
İnanımmı susan ürəyimə,
yaza bilməyən qələmimə?
İstəyirəm ki,
illər tez keçsin,
tez yaşayım sənsiz olan bu ömrümü...
Gəlsin və keçsin,
bir göz qırpımında!
Bir nəfəs alış anı qədər az bir vaxtda...
Yalnızam, sənsizliyin yalnızıyam.

***
Darıxıram-
çünki sənsizəm...
Darıxa-darıxa qaranlıq gecələrimə bürünürəm...
Yuxularımda sənə toxunuram...
Get...
Get mən olmayan
bütün şəhərlərə...
Sən ilk və son sevgimsən:
amma, mən səninçün
nə ilk oldum,
nə də son....
Get...
Mən buludam;
yağışsa göz yaşımdır...
Artıq öyrəşmişəm sənsizliyə...
Get...
Get mən olmayan
bütün şəhərlərə...

***

Mənə verdiyin
nə varsa
hər şeyi yığ
və get...!
Gözlətmə səni gözləyənləri…
Həyatıma girərkən
fərqli sanmışdım...
Əslində
sənin də
digərləri kimi
olduğunu
xəyanətindən sonra anladım...
Anladım ki,
əslində
kimsənin
fərqi
yox
kimsədən....
Sadəcə
biri
daha
yaxşı
yalan
söyləyər;
biri
daha
yaxşı
oyun
oynayar...
Bu qədər...

# 1548 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #