Xala, əlindəki nədir?

Xala, əlindəki nədir?
16 fevral 2014
# 03:29

Natəvan Mikayılova

‘‘ KOR ‘‘ luq

Gecənin qaranlığına dalan bir cüt göz. Və bitib tükənməyən sonsuz qaranlıq.

Səbr. Dözüm. Üsyan. Alışqanlıq. Hüzün və Son.

Tutqun buluda, işıldayan gunəşə, sayrışan ulduzlara, həzin yağan qar dənələrinə, payız xəzanına həsrət ruh.

Uşaqkən, anam işlərini bitirib yanımıza gələnədək, yorgan-döşəyin içində çxartmadığımız oyun qalmazdı. Ən çox sevdiyimiz, yorğanı başımıza çəkib qaranlığında nəfəsimiz yetənədək durmaq olurdu.Güllü yorganın altında, sızan işığ şüaları qaranlığı qızılı edərdı. O rəng ürəyimi bulandırırdı.

Əlim titrəyərək qabağıma uzanır. İsti istəkanın ətrafında hərlənir. Çayı isti içməyi sevərdim. Birdə az dəmli. Ürkən barmaqlarm geri çəkilir. Ətrafıma qapanan gozlərim, indi, iç dünyama uzanır. Sonu görünməyən mənə aid dunya. Əməllərim işıqlanır.

Pisi də, yaxşısı da. Günahı da, savabı da.

Çay soyuyub. Üzümü turşudub içirəm.

Haram...Yadıma qarğışım düşür: “Hər nemət haramım olsun” demişdim illər öncə.

Daxilimdə hər zaman haqsızlıöa üsyan olub. İndi haqsız da mənəm, haqlıda. Hər şeyin içində bu qədər varkən, bir də yoxsan. Kiçik Rzanı xatrlayıram. Tehran səfərimizdə qonağı olduğumuz evin nəvəsi.

İlk dəfə bir koru yaxından görürdüm.Yanımda oturub məni sığallayırdı.

- Xala,əlindəki nədir? Olar götürüm?

Telefonu verdim. Gözləri əllərinə zillənmisdi. Barmaqlarını telefonun hər tərəfinə gəzdirdi. Acıyla seyr edirdim.

Varlığın acizliyi.

Acizəm.

İnadım itib.

Ümüdsüzlüyü tanımayan inadım.

Bir tapa bilsəm...

Darıxıram.

Qovurduğum soğanın rəngi üçün.

Bu günlük həsrətim ona.

Hər gün itirdiyim bir nur səpələnir.

Toplamı ağır. Səbr bumu?

İstəmirəm səbrini də.

Üsyan oyanışı. İnanc susturuşu.

Təzadlar.

Boğulan mən və çarəsizlik.

Bir ömür qaranlığa məhkum.

Ürək bulandıran qızılı qaranlığa.

# 2663 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #