İlk alma

İlk alma
2 iyun 2014
# 17:01

Hüseyn Hüseynzadə

Cənnət üçün mübarizə aparmaq, dərsdə şuluq salan şagirdin 2 alandan sonra sakit oturmasını xatırladır. Sizləri ordan qovdularsa, nə üçün ora yenidən getmək istəyirsiniz? Bir yerdəki, Sizin valideynləriniz ağacdan alma dərib yediyiniz üçün sizi evdən qovur, nə üçün yenidən həmən evə qayıtmaq istəyirsiniz? Axı artıq sizin öz eviniz var, bu evdə artıq sizin övladlarınız var, övladlarınızın övladının cənnət kimi bir yerdə yaşayıb və hətta cənnətin bütün nemətlərini dadmaq imkanı sizin əlinizdədir.

Bəlkə yaradan sizi heç də qəzəblənərək qovmayıb, bəlkə o sizi burada cənnət yaratmaq üçün göndərib? Nə üçün bu gün yaşaya biləcəyiniz cənnəti, kitablarda söz verilən cənnətə dəyişirsiniz?
Nəyiniz yoxdur cənablar?

Almanın dadını artıq bilirsiniz, hətta içinə tütün doldurub üzərinə cəhənnəm odundan töküb sovuracaq qədər iyrənc şeylər etdiniz. Üzərində "Öldürür" yazılan siqaret qutusunun gündə alın təri ilə qazandığınız pula alırsınız. Siz cənnəti şərab çayları və hüranələr kimi təsəvvür edəndə, yarada biləcəyiniz cənnətin hüranəsi sizin həyat yoldaşınız ola bilər.

Fəlsəfəniz yoxdur

Tələbə dostlarımın arasında, çox ağıllı uşaqların gündə 3-4 saat ofisiant işləməsi, öz biliklərinə uyğun perspektivli, yüksək ödənişli iş axtarmadıqları mənə həmişə maraqlı gəlirdi. Onlardan biri ilə səmimi söhbət zamanı nə üçün ofisiant işləməsini soruşdum, çünki adam marketinq bilikləri istənilən Rusiya şirkətində marketinq şöbəsinin aparıcı mütəxəssisi vəzifəsində çalışaraq daha çox pul qazana bilərdi. Cavabı məni çox düşündürdü, o 3-4 saat ofisiant işləməklə beynini yormadığını, özünü stressə atmadığını və aylıq (kirayə, yemək, paltar, əyləncə və s.) xərclərini qazandığını, daha çox pulların ona lazım olmadığını bildirdi. O artıq universiteti bitirib, peşəsinə görə işləyir, çox yaxşı maaş alır və xoşbəxtdir, onun artıqcənnəti var.

Şeytan

O bizim içimizdə məskunlaşaraq yaradanı qəzəbləndirməyimizə səbəb oldu. O bizi cənnətdən qovulmağımıza səbəb olduğu kimi, öz cənnətimizi yaratmağada mane olur. O bizə pul ilə ala biləcəyimiz şeyləri sevdirir, biz isə pulu yaradandan üstün tutmağa başlayırıq. Sonucda pul ilə aldıqlarımız fahişələr, narkotik, sonu ölüm olan adrenalin sevgisi, itirilən sadəlik və kütləşən beyindir. Beyin isə, yaradanın öz cənnətimizi yaratmaq üçün verdiyi bir nemətdir.

Cəhənnəm

Medianın həyatını yaşamış neçə valideyn tanıyırsız? Sizcə hansı valideyn övladının cəzası üçün, həyatı boyu etdiyi bütün səhvlərə görə, n qədər qır qazanında yandırar? Yox, cənablar, cəhənnəm elə Sizin pul üçün özünüzün və başqalarının nemətlərini satdığı an başladı. Öz ambisiyalarınızı cəmiyyətdən üstün tutduğunuzla, öz uşaqlarınızı başqalarının uşaqlarından üstün tutduğunuzla yaratdınız cəhənnəmi. Siz və ailəniz nəgədər varlı, ağıllı olsa, maşınınız nə qədər komfort və təhlükəsiz olsa, eviniz nəgədərdə keyfiyyətli tikinti məhsullarından tikilsədə Siz cəmiyyətdən insanın təbiətdən asılı olduğu qədər asılısız. İnsanın təbiətdən güclü olduğunu düşündüyünüz qədər də ağılsız olaraq cəhənnəmdə olmaqdan həzz almadığınızı düşünürəm.

Cənnətimiz

Günəş şualarının gözlərinisə düşməsindən ayılaraq sevgilinizin Sizə baxıb gülümsədiyini təsəvvür edin... O Sizdən tez ayılıb, günəşin sifətinizə verdiyi nura baxdığından gülümsəyir... Cənnət yalnız qarşılıqlı sevginin nəticəsi ola bilər. Bu kişinin qadına qarşı olan sevgisi haqqında deil, hər şeyə qarşı sevgidəndir. Günəşin istisini, quşların oxumağını, keçilərin dağa dırmanmağını, balıqların şəffaf suda rəqsini, arıların, qarışqaların, başqa xalqların nümayəndələrini, insanları sevməklə yaradmaq olar cənnəti...

Həyatı iki cür yaşaya bilərsiz havanı korlamaq və yaxud sevməklə, cəhənnəm və cənnətdə yaşamaq üçün ölmək vacib deyil cənablar...

# 1820 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
#
#
# # #