O sabah

O sabah
6 noyabr 2015
# 13:17

Bu sabah başka bir sabah olsun… “Göz-lə-ri-ni aç”, “ye-rin-dən qalx”, “i-şə ge-ci-kir-sən!” hecaları tək çıqqıldayan saat zənginin səsi adamı əsəbiləşdirməsin… Nə gəldi, necə gəldi geyinib getməyəsən… Avtobusa yuxulu, gözübulaşıq minməyəsən…

“Görəsən bu gün işim yaxşı olacaq?”, “Günüm necə keçəcək?”, “Çörəkpulum çatacaq?”, “İşdə danlamayacaqlar ki?” kimi suallar da yollardakı tıxaclara ilişməsin… Qocalar-qarılar əvəzinə “qəşəng” qızlara yer verən gəncləri, dilənən uşaqları görməyəsən…

Nəsə başqa bir səhər… Ahh, hanı o səhər, hanı o sabah?! Ki, “dərs, iş, ev, “qəribə” insanlar, iş stolundakı top-top kağız-kuğuz!..”- deyib “çorta” getməyəsən… Oyananda yüpyüngül quş, hərarət dolu duş kimi olasan… Elə biləsən dünyaya indicə gəlmisən və ya bir azdan gələcəksən…

...Hələ kimsə oyanmamış, hələ dan üzü sökülməmiş, kimsə səhər yeməyi yeməmiş - sən yamyaşıl təbiətin əhatəsində olasan... Hələ heç bir canlının izi düşməmiş şehli otun üstündə gəzəsən... Təmiz hava alasan... Sakitlikdən qulağın tutula...

Və bu səhəri təkcə sənin yox, bütün yaxşı insanların yaşadığını xəyal edəsən. Qovğasız, əsəbsiz, göz yaşısız bir sabah olsun. Rəngli bir sabah... Gözlər işıq saçsın, üzlər gülüşlərə bələnsin...

Bu sabah bir başqa sabah olsun...

OLARSA, O SABAHA EŞQ OLSUN!..

# 1636 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #