Sevgi

Sevgi
5 sentyabr 2016
# 16:18

Azər Allahverdiyev

İşə tələsirdim, yolu keçmək istəyirdim, yolun qarşısında bir xanımla üz-üzə gəldim, ala gözləri, dümağ üzü var idi. Bir anlığa xanımın gözəlliyi məni heyran etdi, bütün yol boyu bu xanımı düşünürdüm...

İş bitmişdi, evə qayıdırdım, səhər gördüyüm xanımı yenidən görmək üçün, eyni yolu gəlirdim. Hava qaralmışdı, dumanlıydı, narın-narın yağış yağırdı, küçəmizin döngəsinə yaxınlaşırdım, həmin xanımla yenə qarşılaşdım, gözü-gözümün içinə baxırdı. Çox həyacanlı idim, bu qızı bir qədərdən sonra tanıdım.

Narın yağışlı, payız günlərindən biri idi, evə dönürdüm, küçəmizin döngəsi dar idi, bu qızla o, küçədə ilk dəfə üz-üzə, göz-gözə gəlmişdik. Bu xanıma sevgim o küçədən başladı, arxasınca düşdüm. Bir neçə gündən sonra onu sevdiyimi bildirdim. İkimiz də bir-birimizi dəlilər kimi sevdik, o tələbə idi, hər səhər onunla ali məktəbə gedib, dərsdən sonra ikimiz də geri qayıdardıq, sanki mən də tələbə idim.

Bu dünyanın yükünü birlikdə çəkirdik, görüşürdük, gəzirdik, əylənirdik. Gözlərini zilləyirdi gözlərimə, xəyallardan danışırdıq. Özümüzü təsvir edib bir ailənin arasında, qayğı çəkib hiss edərdik. Universitetin qarşısında gözləyərdim, məni görüb bir anlığa gülüş qonardı yanağına, dolaşardıq küçələri, üz tutardıq bulvara biz, baxardıq dənizə, xəyal edib danışardıq, narın yağış altında biz bir qocalıb, bir ölərik, bir gün bura körpəmizlə gələcəyik.

Ali məktəbi bitirdikdən sonra yenə görüşüb zəngləşib, danışırdıq. Gecələr zəng edərdim, pıçıldaşıb xısın-xısın danışardıq, səhərin açılmasını səbirsizliklə gözləyərdik. Çox gözəl idi, cazibədar idi, amma bu gözəlliyi, cazibədarlığı sevən görə bilərdi, görüşümə gələrdi, mənə yaxınlaşana kimi, onun gözlərinə baxırdım, soruşsaydım ki, xoşbəxtsən, astaca hə-deyib, gülümsünərdi.

Bu sevgim, xəyal kimi, sanki bu sevgini yaşamamışıq, o xanımla yollarımız ayrıldı...

10 il sonra.

Qarşılaşmışdım səhər işə gedəndə, üz-üzə gəldiyim qız... Xatırladım bax bu qızı, həmin qızdır daha gözəlləşib, sanki mələk, bir güzgüdür, yuxularımda gördüyüm, sevişdiyim, ehtiraslı bir səsindən ötrü darıxdığım Dərya idi. Təsadüfü rastlaşdım qayıdanda, axşam çağı, narın-narın yağan yağış, göz yaşıymış sevgimizin, dar küçənin döngəsində, tanış gəldi həmin baxış, itirmişdi özün küçə, boşalmışdı, yox olmuşdu. Bir anlığa ötənləri xatırladıq, biz danışdıq ötənlərdən, sanki heç nə olmamışdır. Xəyalımda onun səsini eşidəndə gözlərimə sevinc, bədənimə hərarət gəlirdi. Qarşılaşdığımız küçəmizin döngəsində sevinirdi özü də, ürəyi döyünürdü, nə isə demək istəyirdi, qorxurdu. Bir qədər danışdıqdan sonra qərara gəldik, sabah görüşək. Sabahın açılmasını səbirsizliklə gözləyirdim, görüş vaxtımızı 12-də idi. Səhərə yaxın idi, yatağımdan durdum, görüşə getməyə hazırlaşırdım. Sanki yeni dünyaya gələn insan kimi heç bir dərdim yox idi, çox həyacanlı idim.

Saat 11:45-i göstərirdi.

Telefonuma zəng gəldi, dəstəyi götürdüm:

- Salam Turan, Dəryadır... Gözləyirəm səni...Yadından çıxmayıb, görüşməliyik 12-də.

- Yox çıxmayıb, 12-də gələcəm.

Evdən çıxıb görüşə gedirdim, nədənsə Dərya fikrini dəyişmişdi, məni evlərinə çağırdı. Bu çağırış ürəyimin səsi idi, evlərinə yaxınlaşdım, qapını döydüm, qapının səsi ilə ürəyimin səsi eyni döyünürdü, astaca ehtiraslı səsi ilə, kimdir gələn?

- Mənəm, Turan.

Qapını açdı, inanmırdım, sanki yuxuda idim, bəzənmişdi, ətirliydi:

- Xoş gəlibsən, buyur içəri...

Heç nə demədən evə daxil oldum, mənə çay süzdü, söhbət etdik ötənlərdən. Bir qədərdən sonra, Dərya yataq otağına keçdi, nədənsə bu görüşü yuxu kimi düşünürdüm. Yataq otağına bir neçə dəqiqə olardı keçməsi, ondan heç bir xəbər yox idi. Mən Dəryanın arxasınca yataq otağına keçdim. Dərya ağ gəlinlik geyinmişdi. Çox həyəcanlı idim, bu günü xəyalıma gətirirdim, inanmırdım bu xəyal həqiqətə çevrilər.

Onunda, titrəyirdi ürəyi. Sanki yaşadığı bu ehtiras hissləri, həmişə arzuladığı bir dünyaya aparmışdı Dəryanı. Hiss edirdim ki, o da mənim kimi, ayrılığın acılarını yaşayıbdır. Bu gün Dərya ana bətnində körpəsini daşıyır.

Aylar keçir...

İki gəncin çox keçmir ki, acılı-ağrılı günləri yenidən başlayır. Amansız xəstəliyə tutulan Dərya bir neçə aydan sonra övladını dünyaya gətirəndə, dünyasını dəyişir...

Dəryanın dünyaya gətirdiyi qız övladının adı, Sevgi olur...

# 2287 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
#
#
# # #